Gəncə şəhər DYP İdarəsinin rəisi Rafiq Məmmədov işdən çıxarılıb
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Rafiq Məmmədov tutduğu vəzifəsindən azad edilib. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Məmmədovun yerinə hələki yeni rəis təyin olunmayıb. Gəncə şəhər Baş Polis İdarəsindən Trend-ə məlumatı təsdiqləyiblər. Qeyd edək ki, Məmmədov ötən ilin fevralından bu vəzifədə çalışırdı. Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinin bundan əvvəlki rəisi Fazil Cəfərov isə 2011-ci ilin oktyabrında təqaüdə göndərilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?