GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Azərbaycanda vəkillər heç öz hüquqlarını müdafiə edə bilmirlər”

“Azərbaycanda vəkillər heç öz hüquqlarını müdafiə edə bilmirlər”

Tarix: 17-02-2016, 14:23 Bölmə :Ölkə Baxış: 0
“Azərbaycanda vəkillər heç öz hüquqlarını müdafiə edə bilmirlər”

Vəkillər Yalçın İmanova qarşı təzyiqləri təsadüfi saymırlar

Vidadi Mirkamal: «Cəmiyyətdə olan naqislikləri tənqid edən şəxslərə qarşı hakimiyyətin repressiya aparatı həmişə işə salınır»

Qurban Məmmədov: «Hakimiyyət vəkillik institutdan gələ biləcək təhlükənin qarşısını almaq üçün tədbirlər görür»

Azərbaycanda tanınmış vəkillərdən olan Yalçın Imanovun hüquqlarını müdafiə etdiyi şəxsə görə prinsipiallıq göstərməsi ona qarşı təzyiqləri artırıb. Fevralın 12-də Nərimanov Rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd Ibrahimin müdafiəçisi qismində çıxış edərkən hakim Turqay Hüseynov onun barəsində inzibati icraat başladılması üçün Vəkillər Kollegiyasına müraciət olunması haqda qərar qəbul edib.

Bu, Yalçın Imanovun vəkillik fəaliyyəti dövründə qarşılaşdığı ilk problem deyil. Üç il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimlər kollegiyası onun barəsində cinayət işi başlanılması ilə bağlı qərar qəbul etmişdi. Ümumiyyətlə, son illərdə vəkillərin, xüsusilə də siyasi motivli işlərdə müdafiəçi qismində iştirak edən şəxslərin müxtəlif təzyiqlərə məruz qalması, üzv olduqları Vəkillər Kollegiyasından uzaqlaşdırılması halları baş verib. Vəkil Yalçın Imanov “Bizim Yol” qəzetinə müsahibəsində baş verənlərə münasibət bildirib. Vurğulayıb ki, prosesdə sadəcə müdafiə tərəfinin verdiyi çoxsaylı vəsatətlərin məhkəmə tərəfindən obyektiv araşdırılmadığını, vəsatətlərə münasibətdə məhkəmənin bütün hallarda dövlət ittihamçısı ilə eyni mövqeyi bölüşməyi və iş üzrə sübutların tərəfsiz, hərtərəfli araşdırılmasına maraq nümayiş etdirməməsi ilə bağlı fikir bildirmişəm: “Həmin çıxışım zamanı tərəfimdən həm etik davranış qaydalarına, həm də qanunvericiliyin tələblərinə riayət olunub. Məhkəməyə qarşı hörmətsizlik ifadə edən hər hansı bir cümləyə, ifadəyə yol verməmişəm. Məhkəmə prosesini izləyən çoxsaylı şəxslər, eyni zamanda təqsirləndirilən şəxslər, dövlət ittihamçısı və məhkəmə heyəti də bunun şahidi olublar. Bildirmişəm ki, vəsatətlərimizə formal yanaşılır, obyektiv araşdırılmır və nəticə etibarilə onların heç biri təmin olunmur”.

Münasibətini öyrəndimiz şəxslər də Y.Imanova qarşı təzyiqləri təsadfi adlandırmayıblar.

“Azərbaycanda vəkillər heç öz hüquqlarını müdafiə edə bilmirlər”

Ədliyyə generalı, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal bildirdi ki, cəmiyyətdə olan naqislikləri tənqid edən, ona qarşı mübarizə aparan şəxslərə qarşı hakimiyyətin repressiya aparatı həmişə işə salınır. Vəkillər Kollegiyasının üzvü olan vəkillərə qarşı aparılan təzyiq kampaniyasını hüquqi nihilizm adlandıran V.Mirkamal bildirdi ki, Namizəd Səfərova, Lətifə Əliyevaya, Əlayif Həsənova, Xalid Bağırova qarşı aparılmış kampaniya da bunu bir daha təsdiq edir: “Bu vəkillər prinsipial mövqe göstərdiklərinə görə, ya Vəkillər Kollegiyasından kənarlaşdırılıblar, ya da onların hüquqları məhdudlaşdırılıb. Hazırda bu məsələ yeni davam edir. Hakimiyyət yenə də repressiya aparatını işə salıb. Yalçın Imanov mənim ən yaxşı tələbələrimdən biri olub. Vəkillər Kollegiyasında az belə vəkil var. Çox təəssüf ki, rüşvətxorların, korrupsionerlərin hüquqlarını müdafiə edən şəxslərə qarşı belə bir repressiya yoxdur. Amma cəmiyyətdə haqsızlığa qarşı mübarizə aparan insanların nəinki özünə, həmçinin onların hüquqlarını müdafiə edən şəxslərə qarşı da repressiya həyata keçirilir. Nərimanov məhkəməsində hakim Turqay Hüseynov Yalçın Imanov qarşısında hüquqi cəhətdən aciz qaldı. Yalçın Imanov sübut etdi ki, Məmməd Ibrahim cinayətin subyekti yox, əslində zərərçəkəndir. Belə bir vəziyyətdə Vəkillər Kollegiyasına müraciət edilir. Kollegiya rəhbərliyi repressiya aparatının bir hissəsidir. Təəssüf ki, Azərbaycanda vəkillər institutunu bu vəziyyətə qoyublar. Vəkillər nəinki müdafiə etdiyi şəxslərin, heç öz hüquqlarını belə müdafiə edə bilmirlər”.

“Azərbaycanda vəkillər heç öz hüquqlarını müdafiə edə bilmirlər”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Qurban Məmmədov bildirdi ki, vəkilik institutu məhkəmə sisteminin, polisin, prokurorluğun normal fəliyyət göstərməsi üçün çox vacib olan bir elementdir. Q.Məmmədov hesab edir ki, ona görə hakimiyyət gələcəkdə bu istiqamətdə problemlərlə üzləşməmək üçün vəkilliyi “əl vəkilliyinə” çevirmək istəyir: “Insanlara qarşı yol verilən hüquq pozuntularını dünyaya çatdıran vəkillərə qarşı təzyiqləri artırırlar. Yalçın Imanova da qarşı atılan addım müstəqil vəkillərə qarşı vaxtı ilə başladılan prosesin davamıdır. Imtahanı keçməyimə baxmayaraq məni hələ də Vəkillər Kollegiyasına üzv qəbul etmirlər. Hakimiyyət hər ehtimala qarşı vəkilik institutdan gələ biləcək təhlükənin qarşısını almaq üçün tədbirlər görür”.

Xəyal
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Yalçın İmanovun vəkillikdən uzaqlaşdırlması məsələsinə Gəncədə baxılacaq

    Yalçın İmanovun vəkillikdən uzaqlaşdırlması ...

    17-02-2018, 16:12

  • 
  • Beynəlxalq Vəkillər Assosiasiyası Yalçın İmanovun vəkillik səlahiyyətlərinin bərpasını tələb edir

    Beynəlxalq Vəkillər Assosiasiyası Yalçın İmanovun ...

    23-11-2017, 18:59

  • 
  • Jurnalistlər Vəkillər Kollegiyasını məhkəməyə verir

    Jurnalistlər Vəkillər Kollegiyasını məhkəməyə ...

    14-03-2018, 12:25

  • 
  • Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üzrə ilkin baxış olub

    Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam ...

    22-02-2018, 13:00

  • 
  • Azərbaycanda vəkillər azdır

    Azərbaycanda vəkillər azdır ...

    22-02-2016, 17:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu