Sivil Toplum Platforması (STP) vəkillərin peşə fəaliyyəti ilə bağlı intizam məsuliyyətinə cəlb olunmasına etiraz edir.
Bəyanatda vəkil Yalçın İmanovun adı çəkilir və bundan əvvəl də analoji halların tətbiq olunduğu yada salınır: «Beləliklə, insan haqlarını qoruyan və peşə fəaliyyətini ləyaqətlə yerinə yetirməyə çalışan vəkillərə təzyiqlər bu gün də davam edir. Artıq bu təzyiqlər sistemli şəkil alıb».
Bəyanatda deyilir ki, məhz bu basqıların və vəkilliyə qəbulla bağlı tətbiq edilən sərt qaydaların nəticəsidir ki, Azərbaycan adambaşına düşən vəkil sayına görə bir çox ölkələrdən geri qalır. Söhbət tək Qərb ölkələrindən yox, hətta Cənubi Qafqaz respublikalarından gedir: «Azərbaycanda hər 10 min vətəndaşa heç bir vəkil də düşmür. Qonşu Gürcüstanda hər 10 min nəfərə 8, Ermənistandasa 4 vəkil xidmət göstərir. İsraildə 10 min nəfərə 50, Türkiyədə 11, ABŞ-da isə 300 vəkil düşür».
Nərimanov rayon Məhkəməsinin hakimi Turqay Hüseynov Y.İmanovun intizam məsuliyyətinə cəlb olunması üçün Vəkillər Kollegiyasına müraciət barədə qərar qəbul edib.
Son illər bir neçə vəkil məhz şikayətlər əsasında kollegiyaya üzvlüyündən xaric edilib. Aslan İsmayılov, Namizəd Səfərov, Əlayif Həsənov, Xalid Bağırov və Elçin Namazov məhz belələrindəndir.
STP bu il fevralın 10-da yaradılıb. Qurum ölkədəki vəziyyətlə bağlı alternativlər layihələr hazırlamaq, təkliflərlə çıxış etməyi nəzərdə tutur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?