Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp prezident Barak Obamanın onun ünvanına söylədiyi fikirlərə münasibət bildirib.
gundemxeber.az axar.az-a istinadən bildirir ki, bu sözləri ciddi qəbul etmədiyini deyən məşhur biznesmen Obamanı ABŞ tarixinin "ən pis prezidenti" adlandırıb:
"Prezident Obamanın mənim əsla prezident ola bilməyəcəyimi bu şəkildə tərəddüdlə deməsi olduqca maraqlıdır. Özü isə ABŞ tarixinin ən pis prezidentidir".
Xatırladaq ki, Obama Donald Trampın qalib gəlməsinə inanmadığını açıqlayıb.
"Hörmətli Trampın prezident seçilməyəcəyi ilə bağlı fikirlərimdə qalıram. Bunun səbəbi ABŞ xalqına olan inamımdır. Onlar prezidentliyin ciddi bir iş olduğunu bilir. Prezidentlik veriliş aparıcılığına bənzəmir", - Obama qeyd edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?