ABŞ prezidenti Donald Tramp sabiq prezident Barak Obama tərəfindən hazırlanan proqramı ləğv edib.
Söhbət Quantanamo həbsxanasının bağlanmasından gedir. Tramp bu barədə Konqresdə "Ölkənin vəziyyəti" ilə bağlı çıxışında məlumat verib.
ABŞ lideri deyib: "Mən müdafiə nazirindən hərbi əsirlər və Quantanamo bazasındakı həbsxananın saxlanılmasını tələb edən sərəncam imzaladım. Mən Konqresdən xahiş edirəm ki, İŞİD və "Əl Qaidə"yə qarşı mübarizədə terrorçuların saxlanılması üçün bütün lazım olan vasitələrin saxlanmasını təmin etsinlər. Keçmişdə də yüzlərlə təhlükəli terrorçunu tutub sonradan döyüş meydanında qarşılaşmaq üçün sərbəst buraxmışıq". /ölkə.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?