Türkiyənin baş naziri Əhməd Davudoğlu ötən gün Ankarada baş törədilən terrorla bağlı açıqlama verir.
Lent.az-ın "haberturk"ə istinadən xəbərinə görə, baş nazir deyib ki, Türkiyə dünyada terrordan ən çox ziyan çəkən ölkədir: "Terrorun nə olduğunu biz çox yaxşı bilirik. Türkiyənin ətrafında kriz bölgələri çoxaldıqca bu teraktların da sayı artır".
Davudoğlu deyib ki, gecəboyu kəşfiyyat məlumatlarını toplayıblar. Baş nazirin sözlərinə görə, ötən gecə prezident Ərdoğanla danışıb.
Hökumət başçısı bildirib ki, hadisəni törədənlərin kimliyi tam olaraq aydınlaşıb. Baş nazir teraktın Suriyanın kürdlərinin təşkilatı olan YPG tərəfindən törədildiyini bildirib: "Qəti şəkildə deyə bilərik ki, bu terror aktı Türkiyədə terrorçularla Suriyadan gələn YPG üzvləri tərəfindən törədilib. Hadisə ilə bağlı 9 nəfər saxlanılıb".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?