"gundemxeber.az" xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin milli təhlükəsizliyini qorumaq üçün Suriya sərhədləri daxil olmaqla bütün addımları atmağa hazır olduqlarını söyləyib. "Turkiyə güclü bir dövlətdir və lazım olduğunda hər cür tədbiri almaqda tərəddüd etməz. Suriyadakı hər hansı bir qrup və ya rejim Türkiyənin qərarlığını test etməməlidir" deyə Davudoğlu bildirib. Türkiyənin ölkə xaricindəki tək torpağı olan Suriyadakı “Süleyman Şah Türbəsi”nin İraq Şam İslam Dövləti (İŞİD) tərəfindən təhdid altında olduğunu xatırladan nazir "Türkiyə Süleyman Şah Türbəsi daxil olmaqla, milli təhlükəsizliyi təhdid edən istənilən təhlükəyə qarşı beynəlxalq hüquq çərçivəsində qanuni hər addımı atmağa hazır" olduğunu deyib. Nazir Ə.Davudoğlu “sərhəd boyu patrul xidmətində olan hava qüvvələrinin və quru qoşunların sərhədlərini qorumağa hazır olduğunu” sözlərinə əlavə edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?