Prezident İlham Əliyev Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ankarada baş verən terror aktında vəfat edənlər üçün başsağlığı verən dövlət başçısı dərin kədər hissini ifadə edib. Prezident bu ağır günlərdə Azərbaycan xalqının hər zaman olduğu kimi Türkiyə xalqının yanında olduğunu diqqətə çatdırıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən zəng vuraraq Bakıya gələ bilməyəcəyini bildirdiyini deyən Azərbaycan prezidenti bunu anlayışla qarşıladığını, həmkarına başsağlığı verdiyini bildirib.
Ərdoğanla görüşünün baş tutacağı toplantının əhəmiyyətindən bəhs edən və bu görüşün iki qardaş ölkənin birliyini göstərdiyini qeyd edən İlham Əliyev mühüm məsələləri ehtiva edən və geniş gündəliyi olan toplantının yaxın vaxtlarda keçiriləcəyini deyib.
Türkiyə XİN rəhbəri başsağlığı üçün Azərbaycan prezidentinə təşəkkürünü bildirərək İlham Əliyevin və Azərbaycan xalqının hər zaman olduğu kimi bu çətin gündə də Türkiyə xalqının yanında olduğunu vurğulayıb.
Terrorla hər zaman mübarizə aparılmasının vacib olduğunu qeyd edən Çavuşoğlu Türkiyənin terrorla mübarizəyə bundan sonra da qətiyyətlə davam edəcəyini bəyan edib.
Sorğu
Yeni dizaynımız necədir?