GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gədəbəy həqiqətləri Azad Rəhimovdan da gizlədilib

Gədəbəy həqiqətləri Azad Rəhimovdan da gizlədilib

Tarix: 18-02-2016, 17:08 Bölmə :Ölkə Baxış: 0
Gədəbəy həqiqətləri Azad Rəhimovdan da gizlədilib

Ramiz Yediyarov Gənclər və idman nazirini viran qoyduğu idman kompleksinə də ekskursiyaya dəvət etməyib

Artıq xəbər verildiyi kimi Gənclər və idman naziri Azad Rəhimov fevralın 9-da Gədəbəy şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Məlum olduğu kimi, ölkə prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq mərkəzi hakimiyyət orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə keçirdikləri bu görüşlərin məqsədi mövcud problemlərlə yerində tanış olmaq və onların həlli yollarını müzakirə etməkdir. Lakin Gənclər və idman nazirinin Gədəbəydə keçirdiyi görüşlərin nəticələri barədə ölkə mətbuatında dərc olunan hesabat xarakterli məlumatlardan belə qənaətə gəlmək olur ki, Azad Rəhimovun bu rayona səfəri əslində heç də dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrasına xidmət edə bilməmişdir. Rayon ictimaiyyətinin təmsilçiləri kimi təqdim olunan, əslində isə birbaşa Gədəbəy RİH-nin başçısı Ramiz Yediyarovun maraqlarına xidmət edən və məhz bu səbəbdən də görüşlərdə iştirak etmək üçün seçilmiş insanların əhatəsində Azad Rəhimovun rayondakı problemləri görə biləcəyini əlbəttə ki, gözləmək olmazdı. Dərc olunmuş materiallardan birində oxuyuruq: “Rayon ictimaiyyəti ilə görüşən Gənclər və idman naziri Azad Rəhimov biznes mühitinin yaxşılaşdırılması, yerli sahibkarlara münbit şərait yaradılması istiqamətində həyata keçiriləcək tədbirlərin əhəmiyyətinə toxunub. Füsunkar təbiəti ilə seçilən Gədəbəydə kənd təsərrüfatı ilə yanaşı turizm və dərman bitkilərinin toplanması kimi yeni sahələrin inkşafına da diqqət yetirilməlidir...” Çox gözəl fikirlərdir. Bəs görəsən bu fikirlərin müqabilində hörmətli nazir ölkə prezidentinin bütün tapşırıq və göstərişlərinin tam ziddinə olaraq, Gədəbəydə davamlı şəkildə sahibkar obyektlərini söküb-viran edən, iş adamlarını sıxışdıran icra başçısından bütün bu qanunsuzluqlar barədə nəsə bir izahat istəyibmi? Və əgər istəyibsə, bu zaman Ramiz Yediyarovun cavabı nə olub? Təəssüflər olsun ki, mətbuatda dərc olunan məlumatlarda bu barədə heç nə deyilmir. Bizim aldığımız açıqlamalarda isə bildirilən sadəcə budur ki, icra başçısından şikayət edəcəyi ehtimal olunan vətəndaşlar nazirlə görüşün həndəvərinə belə yaxın buraxılmayıblar.
Bununla belə rayonun bəzi problemləri bu görüşdə ötəri də olsa xatırlanıb. Yerli sakinlər bəzi sərhəd kəndlərinin mavi yanacaqla təchizatını, gənclərin və idmançıların asudə vaxtının səmərəli təşkili üçün yeni sosial obyektlərin inşası kimi məsələləri də gündəmə gətiriblər. Baxış Nağıyev – rayon sakini: “Ümidvarıq ki, görüşdə vurğulanan bütün çətinliklər yaxın zamanlarda öz həllini tapacaq. Xüsusilə də dağ kəndlərinin mavi yanacaqla təchizatı rayonda Gənclər evinin və Olimpiya İdman Kompleksinin inşası başa çatdırılacaq”. Əlbəttə ümid etmək çox yaxşıdır. Amma Ramiz Yediyarov o qədər belə arzu və ümidləri insanların göxündə qoyub ki...
Ən azından ölkənin Gənclər və idman naziri Gədəbəydə hələ indiyədək Olimpiya İdman Kompleksinin olmamasının səbəblərini araşdıra bilərdi. Mövzuya dair hələ 2015-ci ilin sonlarında dərc etdiyimiz materiallardan birində biz bu məsələyə müəyyən qədər aydınlıq gətirməyə cəhd göstərmişdik. Həmin materialda qeyd olunmuşdu ki, bir neçə il bundan əvvəl Gədəbəydə böyük bir idman kompleksi fəaliyyət göstərirdi. O zaman həmin tikiliyə olimpiya kompleksi statusu verilməsə də, ölkə prezidenti cənab İlham Əliyevin hələ 2006-cı ilin noyabr ayında Gədəbəyə səfəri çərçivəsində bu komplekslə də tanış olması, hər halda qurğunun kifayət qədər böyük əhəmiyyət kəsb etməyindən xəbər verirdi. Beləcə bu idman kompleksi 2012-ci ilə qədər fəaliyyət göstərib. Həm də yerli sakinlər deyirlər ki, o vaxtlar kompleksdə mütəmadi olaraq yerli əhəmiyyətli yarışlar, bir sıra digər dövlət və ictimai tədbirlər də keçirilirdi. Lakin bu vəziyyət yalnız 2012-ci ilə qədər, yəni məhz Ramiz Yediyarovun bu rayona başçı təyin olunmasına qədər davam etdi. Bu təyinatdan az bir müddət sonra isə, kompleksin fəaliyyəti dayandırıldı və gədəbəyli gənclərin də buraya yolları bağlandı. Təbii ki, kompleksin bağlanmasına dair göstərişi də Ramiz Yediyarov vermişdi. Sakinlər deyirlər ki, icra başçısı kompleksin yerləşdiyi ərazini çox bəyənmişdi. Elə kompleksin bütün bəlaları da məhz bunun üstündən gəldi. Bu xüsusda açıqlama verən mənbə bildirmişdi ki, kompleksin yerləşdiyi ərazi başçının o qədər xoşuna gəlib ki, o, buranı zəbt etmək qərarına gəlib. Bu məqsədlə də Ramiz Yediyarov kompleksin viran qoyulması istiqamətində planlı təbbirlər həyata keçirməyə başlayıb. Mənbənin verdiyi açıqlamaya görə, Ramiz Yediyarov sonradan bu ərazidə otel kompleksi tikməyi planlaşdırırmış. Həm də tək yox, özünün yaxın dostu, Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla şərikli. Amma bunun üçün ilk növbədə həmin ərazini alıb özəlləşdirmək tələb olunurdu. Buna görə də, 2012-ci ildən başlayaraq Ramiz Yediyarov öz əlaltılarına kompleksi tədricən, hissə-hissə sökmək barədə tapşırıq verib. Beləliklə də, son üç-dörd il ərzində möhtəşəm tikili indiki uçuq-sökük görkəminə gətirilib. Bundan sonra, Ramiz Yediyarov kompleksin özəlləşdirilməsini həyata keçirmək üçün, Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq məktub da hazırlayıb təqdim edib. Ən maraqlısı da budur ki, kompleksi “almaq” üçün müraciət etmiş vətəndaş da Xaləddin İsgəndərovun yaxın qohumlarından biri olub. Lakin, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) bu məqsədlə Gədəbəyə ezam olunmuş əməkdaşları kompleksə baxış keçirdikdən sonra bu qənaətə gəlirbər ki, özəlləşdirmə üçün təyin olunmuş ilkin qiymət tikilinin real dəyərindən dəfələrlə aşağıdır. Bu səbəbdən də kompleksin “satılması” və özəlləşdirilməsi baş tutmayıb. Gədəbəyin idman kompleksi isə, artıq baxımsızlıq üzündən, özü-özünə dağılmaqda davam edir.
Bəs görəsən Ramiz Yediyarov Gənclər və idman nazirini viran qoyduğu idman kompleksinə də ekskursiyaya dəvət edibmi? Yəqin ki, yox. Axı bunu edəcəyi təqdirdə başçıdan bu əməlinin hesabı sorula blərdi. Əlbəttə, Ramiz Yediyarov hələ ki, indiyədək Gədəbəydə törətdiyi heç bir özbaşınalığın, o cümlədən nə dağıtdığı sahibkarlıq obuektlərinin, nə vətəndaşların əllərindən zor gücünə aldığı torpaq sahələrinin, nə mənimsədiyi büdcə vəsaitlərinin,nə də ümumiyyətlə rəvac verdiyi heç bir qanun pozuntusunun hesabını verməyib. Halbuki, Gədəbəy rayonunda sahibkarların incidilməsi artıq çoxdan adi bir hala çevrilib. Ramiz Yediyarov öz biznesini hər cür rəqabətdən sığortalamaq, eləcə də rayonun ayrı-ayrı vətəndaşların mülkiyyətində və ya istifadəsində olan müxtəlif ərazilərini zəbt etmək məqsədilə yol vermədiyi qanun pozuntuları, törətmədiyi özbaşınalıqlar qalmayıb. Bu gün Gədəbəydə ölkə qanunlarının işlək olmaması, Ramiz Yediyarovun və onun əlaltılarının hətta prezidentin fərmanlarına belə məhəl qoymayaraq, sahibkarlara qarşı qanunsuzluqlar etməsi, obyekt və müəssisələrin talan olunmaları, özəl və dövlət qurumlarından aylıq xərac toplanılması artıq hər kəsə məlum olan bir həqiqətdir. Çox təəssüf doğurucu bir haldır ki, xüsusilə son vaxtlar Gədəbəy rayonundan olan iş adamlarının müxtəlif qurumlara, həmçinin bilavasitə ölkə rəhbərliyinə ünvaladıqları çoxsaylı müraciətlərə baxmayaraq, bu kimi problemlərin həllində məsul olan dövlət qurumları da nədənsə rayonda yaranmış vəziyyətə müdaxilə etməyə tələsmirlər. Amma bu heç də o demək deyil ki, başçının bütün bu əməlləri elə bu cür, cəzasız da qalacaq. Öz şəxsi maraqlarını dövlət mənafeylərindən üstün tutan, vətəndaşların haqqını mənimsəyən, ölkə rəhbərliyinin daxili siyasətinə qarşı çıxan və qanunlarımızı pozan bir çox yüksək çinli məmurların aqibəti hamımıza yaxşı məlumdur. Özünü islah edə bilməyən məmurlar üçün də belə aqibət qaçılmaz olacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ABŞ-da müalicə olunan Azad Rəhimovdan XƏBƏR VAR

    ABŞ-da müalicə olunan Azad Rəhimovdan XƏBƏR VAR ...

    23-01-2021, 15:34

  • 
  • Azad Rəhimovun dünyasını dəyişdiyi təsdiqlənir - AÇIQLAMA

    Azad Rəhimovun dünyasını dəyişdiyi təsdiqlənir - ...

    28-04-2021, 16:22

  • 
  • Azad Rəhimovun nəşi Bakıya gətirilir - Ölüm xəbəri təsdiqlənir...

    Azad Rəhimovun nəşi Bakıya gətirilir - Ölüm ...

    30-04-2021, 12:25

  • 
  • Azad Rəhimovun fəaliyyəti yoxlanıldı

    Azad Rəhimovun fəaliyyəti yoxlanıldı ...

    2-02-2019, 12:34

  • 
  • Gənclər və idman naziri kim olacaq? – Yeni ad

    Gənclər və idman naziri kim olacaq? – Yeni ad ...

    19-07-2021, 15:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (38)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu