Bir müddət öncə dünyasını dəyişən gənclər və idman naziri Azad Rəhimovdan sonra bu qurum hələ də nazir olmadan fəaliyyət göstərir.
Gundemxeber.Az bakupost.az-a istinadla xəbər verir ki, iki ay öncə nazir vəzifəsinə təyin edilə biləcək ən potensiallı namizədlər sırasında gənclər və idman nazirinin müavinləri İntiqam Babayev (hazırda nazir vəzifəsini icra edir) və Fərhad Hacıyev, hətta Formula-1 yarışlarından tanınan və hazıra millət vəkili olan Nigar Arpadarainin adı çəkilirdi.
Buna baxmayaraq, aradan keçən bu müddət ərzində nazir təyinatı gerçəkləşməyib.
Redaksiyamıza daxil olan məlumata görə, hazırda ölkənin siyasi elitasında bu posta əsas namizəd kimi daha çox “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov müzakirə edilir.
1975-ci il təvəllüdlü Vüqar Əhmədov yaxşı təhsil görmüş və uğurlu karyeraya sahib şəxslərdəndir. O, Azərbaycan Dövlət İqtisad Universitetini menecment ixtisası üzrə bitirib, daha sonra Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnib.
Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında isə 3-cü təhsil alıb.
İqtisadiyyat Nazirliyində İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru olub. 2015-ci ildən “Azərişıq” ASC-nin sədr müavini, 2020-ci ildən isə sözügedən qurumun sədri təyin edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?