ATV-də yayımlanan aparıcı Zaur Baxşəliyevin "Bizimləsən" verilişində vəkil Şəfiqə Nağıyeva ilə müğənni Ramin İsgəndərli arasında qalmaqal yaşanıb.
gundemxeber.az big.az-a istinadən bildirir ki, vəkil Şəfiqə Nağıyeva estetik əməliyyat etdirən müğənni Ramin İsgəndərlinin xarici görünüşünü bəyənmədiyini bildirib və onu daha çox qız kimi oğlana bənzədib. Uğursuz əməliyyat etdirdiyini bildirən vəkil müğənnini təhqir edib:
"Bugünkü gün sizin üzünüzü qız kimi edib. Kişinin kişi üzü olur. Sizin dodaqlarınızı şişirdib nəyə lazımdır axı? Kişi dodağı kimi əməliyyat edərdi. Mən deyərdim ki, sizi yaraşıqlıq bir oğlan etməyib, qıza oxşayan bir oğlan edib".
Vəkilin bu sözlərindən əsəbiləşən müğənni "Şəfiqə xanım, siz qalmaqalla yadda qalırsınız. Mən toy aparıcısıyam, gözü çəp əyri formada toy aparmalı deyiləm ki?"
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?