GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Tikinti sahəsində ciddi nöqsanlar AŞKARLANDI

Tikinti sahəsində ciddi nöqsanlar AŞKARLANDI

Tarix: 23-02-2016, 21:36 Bölmə :Ölkə Baxış: 0
Tikinti sahəsində ciddi nöqsanlar AŞKARLANDI

Hesablama Palatası infrastruktur layihələri ilə əlaqədar tikinti xərclərinə dair Milli Məclisə təkliflər təqdim edib.

gundemxeber.az APA-ya istinadən bildirir ki, dövlət büdcəsində 2013-2014-cü illərdə tikinti xərclərinin icrası müvafiq olaraq 6,9 mlrd. manat və 6,3 mlrd manat olub, 2015-ci ildə isə bu istiqamət üzrə 6,9 mlrd. manat vəsaitin ayrılması nəzərdə tutulub. Ayrılmış vəsaitlərin qanunauyğun şəkildə qənaətli və nəticəli istifadəsinə nəzarətin təmin edilməsi məqsədilə Hesablama Palatası tərəfindən həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi olaraq dövlət büdcəsinə bərpa edilmiş cəmi vəsaitin nöqsanlar üzrə bölgüsü 2014-cü ildə tikinti ilə bağlı yol verilmiş nöqsanlar üzrə bərpa edilmiş vəsaitin xüsusi çəkisinin 21,0% təşkil etdiyini göstərir. Bu istiqamətdə yol verilmiş nöqsanların müəyyən qədər aradan qaldırılması mövcud qanunvericilik aktlarının təkmilləşdirilməsi vasitəsilə də mümkündür. Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları"nın 3.4-cü bəndinin (dövlət büdcəsi vəsaiti hesabına tikinti işlərinin aparılması üzrə smeta dəyərinin müəyyənləşdirilməsi) 3.4.3-cü hissəsinin 4-cü abzasında inşaat materiallarının sifarişçi və podratçı tikinti təşkilatları arasında razılaşdırılmış faktiki dəyərləri (ƏDV-siz) haqqında məlumatların təqdim edilməsi tələb olunur. Praktikada bu Qaydanın tələbi ilə "Dövlət satınalmaları haqqında" qanunun müvafiq maddəsinin tələbləri arasında müəyyən uyğunsuzluq yaranır. Bir tərəfdən "Dövlət satınalmaları haqqında" qanunun "Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti" maddəsinə (maddə 27) görə satınalan təşkilat tender prosedurlarının başlanmasından əvvəl satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini müəyyənləşdirməli, tender zərflərinin açıldığı günədək məxfi saxlamalı və tenderin nəticəsinin qiymətləndirilməsi üçün istifadə etməlidir, digər tərəfdən ehtimal olunan qiyməti təyin edən Qaydalar isə obyektin ehtimal olunan qiymətini (müqavilə qiymətini) müəyyən etmək üçün inşaat materiallarının sifarişçi ilə podratçı tikinti təşkilatları arasında razılaşdırılmış faktiki dəyərləri (ƏDV-siz) haqqında məlumatların olmasını tələb edir. Başqa sözlə, tender keçirilməsi üçün obyektin ehtimal olunan qiyməti müəyyən edilməlidir, ehtimal olunan qiyməti müəyyən etmək üçün isə podratçı təşkilat olmalıdır. Tender keçirilmədən isə podratçı təşkilatı müəyyən etmək mümkün deyil. Eyni zamanda sifarişçi ilə podratçı tikinti təşkilatlarının öz aralarında inşaat materialları üzrə qiyməti müəyyən etməsi nəticədə korrupsiyaya şərait yaradan hüquqpozmaların baş verməsinə səbəb ola bilər. İki sənəd arasında uyğunsuzluğun aradan qaldırılması məqsədi ilə müvafiq dəyişikliklərin aparılması qeyd olunan mənfi meyllərin aradan qaldırılmasına xidmət etmiş olar.

Eyni zamanda dövlət əsaslı vəsait qoyuluşu hesabına maliyyələşən obyektlərin investor smeta dəyəri 1991-ci ilin qiymətləri əsas götürülməklə "bazis-əmsal" üsulu ilə hesablanır. Bu üsul "Tikintidə müqavilə qiymətlərinin hesablanmasında "bazis-əmsal" üsulunun tətbiq edilməsi haqqında" Nazirlər Kabinetinin 1995-ci il 04 sentyabr tarixli qərarına və həmin qərarın 2-ci bəndinə uyğun olaraq 1995-ci il 22 sentyabr tarixli aidiyyəti orqanlarla razılaşdırılmaqla təsdiq edilmiş "Tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiqi üzrə metodiki göstərişlər"ə əsasən tətbiq edilir. Lakin ötən 20 il ərzində tikinti sahəsində istifadə edilən tikinti materiallarının tərkibinin dəyişməsi və yeni texnologiyaların tətbiqi nəticəsində yaranan bazar qiymətləri ilə 1991-ci ilədək istehsal olunan tikinti materiallarının və maşın-mexanizmlərin qiyməti, habelə sərf olunan əməyin norma və qiyməti planlı iqtisadiyyata xas olan və qiymət siyasəti ilə tənzimlənən qiymətlər arasında müəyyən fərqlərin olması obyektin smeta dəyərinin hesablanmasında, yerinə yetirilən tikinti-quraşdırma işlərinin həqiqi qiymətinin müəyyən olunmasında çətinliklər yaratmaqla bərabər yeni yaranan əmlakın real dəyərini tam əks etdirmir.

Hesablama Palatası bunları nəzərə alaraq, bu sahə üzrə mövcud normativ sənədlərin təkmilləşdirilməsini, tikintidə bazar münasibətlərinin tələblərinə, habelə beynəlxalq təcrübəyə uyğun olaraq smeta qiymətlərinin hazırlanmasını və tətbiqinin tənzimlənməsini məqsədəuyğun hesab edir. Qeyd olunan normativ bazanın hazırlanması və tətbiqinin uzunmüddətli proses olduğunu nəzərə alaraq, Hesablama Palatası həmin sənəd hazırlananadək qüvvədə olan "Tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiqi üzrə metodiki göstərişlər"ə bir neçə əlavə və dəyişikliklərin edilməsini təklif edib. Bildirilib ki, bu metodiki göstərişlərə əlavə olunan "Tikinti-quraşdırma işlərinin dəyərinin 1991-ci il bazis-smeta qiymətlərinə nisbətən artım əmsallarının və müqavilə qiymətlərinin təyini cədvəli"nə əsasən xərclər "Birbaşa xərclər" (material, əmək haqqı, maşın-mexanizmlərin istismarı xərcləri), "Üstəlik xərclər" və "Plan yığımı" adları ilə iqtisadi elementlər üzrə qruplaşdırılıb. Birbaşa xərclərin bazis-smeta qiymətləri ilə dəyərinin cəminə 15% tətbiq edilməklə üstəlik xərclərin həcmi hesablanır və birbaşa xərclərlə üstəlik xərclərin cəmindən 8% plan yığımı hesablanılmaqla tikinti-quraşdırma işlərinin 1991-ci il səviyyəsində bazis dəyəri hesablanır və bundan sonra göstərilən qaydada təyin edilmiş istinad əmsalları (artım əmsalı) tətbiq edilməklə büdcə vəsaiti hesabına inşa edilən obyektlər üzrə tikinti-quraşdırma işlərinin müqavilə qiymətləri (investor smeta dəyəri) müəyyən edilir. "Üstəlik xərclər"in və "Plan yığımı"nın 1991-ci il bazis smeta qiymətlərinə nisbətən artım əmsalının təyini cədvəlinə faiz ifadəsi ilə birbaşa daxil edilməsi, artım əmsalının süni olaraq artmasına gətirib çıxarır. "Plan yığımı" xərclərinin istehlak fondu, sosial-mədəni və mənzil tikintisi fondu və s. bu kimi sosial tədbirlərə yönəldilməsi, üstəlik xərclərin isə əmək haqqı, materiallar, nəqliyyat, sosial sığorta ödənişləri, amortizasiya ayırmaları, istilik enerjisi, elektrik enerjisi, ezamiyyə xərcləri və digər xərclərin ödənilməsi üçün nəzərdə tutulub. Nəzarət tədbirləri zamanı müəyyən edilib ki, əksər podratçı tərəfindən qeyd olunan təyinatlara vəsaitlər yönəldilib.

Bununla yanaşı, hazırda tikintidə sifarişçi funksiyalarını həyata keçirən müəssisələr ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində hüquqi şəxs statusu olmayan, müstəqil vergi ödəyicisi kimi qeydiyyata alınmayan, bəzi hallarda hüquqi şəxs statusu olsa da vəzifə və funksiyaları dəqiq müəyyən edilməyən və məsuliyyət həddi qeyri-müəyyən olan qurumlar kimi fəaliyyət göstərirlər. Hesablama Palatası hesab edir ki, saxlanılma xərcləri büdcə vəsaiti hesabına maliyyələşən bu "müdiriyyət"lərin iqtisadi münasibətlərin bazar tənzimlənməsi şəraitində hüquqi statusu, əsas funksiya və vəzifələri, məsuliyyət səviyyələri, öhdəlikləri və s. kimi məsələlərin həllini tənzimləyəcək yeni bir normativ sənədin hazırlanmasına da ehtiyac var.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Hesablama Palatası "Meliorasiya və Su Təsərrüfatı" ASC-də hansı nöqsanlar aşkar edib...

    Hesablama Palatası "Meliorasiya və Su ...

    27-07-2016, 17:26

  • 
  • Hesablama Palatası AZAL-ın işində nöqsanlar aşkarlayıb

    Hesablama Palatası AZAL-ın işində nöqsanlar ...

    30-01-2018, 21:47

  • 
  • Bu gün parlament büdcə müzakirələrinə start verir

    Bu gün parlament büdcə müzakirələrinə start verir ...

    12-11-2013, 11:02

  • 
  • XİN-də nöqsanlar aşkarlandı - Yoxlama

    XİN-də nöqsanlar aşkarlandı - Yoxlama ...

    7-12-2018, 11:55

  • 
  • Hesablama Palatası məmurlarla baglı materialları prokurorluğa göndərəcək

    Hesablama Palatası məmurlarla baglı materialları ...

    17-02-2014, 17:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu