Aktrisa Aysel Nazim həmkarı Pərvin Abiyevanın Türkiyədə yeganə tanınan aktrisa olması haqda açıqlamasına sərt reaksiya verib.
Açıqlama verən aktrisa deyib ki, Pərvinin səsləndirdiyi fikirlər absurddur: “Türkiyədə tanınan yeganə aktrisa olması barədə səsləndirdiyi fikirlər yalandır. Mən, məndən başqa Könül Nağıyeva, Gülay Hüseynova, Nəsrin Cavadzadə Türkiyədə populyardır. Müğənni Azəri qızı Günel, model Günay Musayeva, Röya tanınan simalardır. Könül Türkiyədə bizdən öncə ekran işlərində rol alıb. Ən yaxşı tanıdıqları Zeynəb Xanlarovadır. Mənim bir çox Türkiyənin tanınmış siması ilə dostluğum, tanışlığım var. Pərvinin dediyi isə yalan və absurddur. Hər ay Türkiyəyə gedirəm, önəmli tədbirlərə dəvət alıram, orada iştirak edirəm. Bəziləri kimi kimisə yolda tutub şəkil çəkdirmirəm. Özünü yeganə tanınan aktrisa kimi təqdim edib, bizi qıcıqlandırır. Amma kənardan gülməli göründüyünü anlamır. Onun iddiası bizim əməyimizi yerə vurmaqdır. Dəfələrlə qəzet, jurnallara müsahibə vermişəm, verilişlərdə qonaq olmuşam. Yəqin, Pərvinin bundan xəbəri yoxdur. Bu qədər məlumatsız olmaq onun qüsurudur. Bundan sonra hər hansı iddia irəli sürəndə yüz-ölçüb, bir biçsin ki, yalançı çıxmasın”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?