GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cavan qadınları seçib aparırdılar, qonşu kamerada kişilər bağırırdı... - ƏSİR DÜŞƏRGƏSİ

Cavan qadınları seçib aparırdılar, qonşu kamerada kişilər bağırırdı... - ƏSİR DÜŞƏRGƏSİ

Tarix: 24-02-2016, 14:50 Bölmə :Ölkə Baxış: 0
Cavan qadınları seçib aparırdılar, qonşu kamerada kişilər bağırırdı... - ƏSİR DÜŞƏRGƏSİ

Ermənilərə əsir düşən 20 yaşlı qızın 22 il sonrakı məşum etiraflarını Lent.az-a Vüsalə Məmmədova yazır

Facebookda mesaj aldım. Məni Buzovnaya görüşə dəvət edirdi: “Heç vaxt bacım olmayıb ürəyimi boşaldım. Səni bacım bilib, iyirmi iki ildir içimdə yığılan nə varsa, hamısını danışacam. İstədiyini yazarsan, istəmədiyini isə bacının sirri kimi qoruyub saxlayarsan... Amma bil ki, sənə bütün sandıqlarımı açacam... Bizim insanlar kobuddur, əsirlikdə olduğumu bilənlər hamısı birinci soruşur ki, “orda sənə neylədilər”. Bu vaxtacan o qədər günaha batıb yalandan and içmişəm ki... Allah keçsin günahımdan, amma artıq gizlətmək istəmirəm... Daha içimdə saxlamaq istəmirəm...”

Şənbə günü səhər tezdən onun verdiyi ünvana yollanıram. Təkəm, fotoqrafımız Fəxrəddin Buzovnada yaşadığından bir azdan gələcək. Məni gülər üzlü, şirin dilli bir xanım qarşılayır. Bu, 20 yaşında 8 gün erməni əsirliyində olan Xocalı sakini Dürdanə Ağayevadır. Fotoqrafımızın gələcəyini biləndə “Tez çəkib getsin, onun yanında hər şeyi danışa bilməyəcəm. İkimiz olaq” - deyir.

Dolabdan mavi üzlü bir dəftər götürüb gətirir:

- Gecələr yuxum qaçanda oturub hər şeyi burda yazıram. Danışmağa dilim gəlməyən hər şeyi... Gizlətməyə haqqım yoxdu. Mən erməni təpiyinin altından diri çıxan adamam. Bəlkə hər şeyi danışdığıma görə məni qınayacaqlar, amma gizlətsəm mənim başıma gələnlər balalarımızın da başına gələcək. Mənim gördüklərimi Xocalıdan meşə ilə qaçıb canını qurtara bilən adamlar görməyib. Onlar müharibəni görüb, amma ermənini görməyiblər. Ermənini görən adamın gizlətməyə haqqı yoxdur. O hadisələri olduğu kimi danışmayan insanlar haqsızdır... Mənim heç anonim danışmağa da haqqım yoxdur. Balalarımız həqiqəti bilməli, düşməni tanımalıdırlar. Düşmənə qalib gəlmək üçün onu yaxşı tanımaq lazımdır.

Fotoqrafımız Fəxri şəkilləri çəkib gedən kimi qapını arxadan möhkəm bağlayıb, söhbətə başlayırıq.

***

70-ci illərin əvvəllərində Ağdamın Seyidli kəndindən Allahverdi adlı bir gənc Xocalıdan sevib-seçdiyi Nübarla evlənir. Nübar ailənin tək qızı olduğundan valideynlərini tək qoyub Ağdama gələ bilmir. Belə olanda gənclər həyata Xocalıda, Nübarın valideynlərinin yanında davam etməyi qərara alırlar. 1972-ci ildə ailənin ilk sevinci dünyaya gəlir. Allahverdi gah “anam”, gah da “bacım” dediyi qızına Dürdanə adını verir.

“Ayağı uğurludur, özündən sonra üç qardaşı doğuldu” deyirlər.

Həyat 1985-ci ilə qədər belə uğurlu, sevincli və şən keçir. Allahverdinin vəfatı 13 yaşlı yeniyetmə Dürdanənin kədərlə, itki ilə ilk tanışlığı idi...

Ailəyə kömək edən babası 90-cı ildə rəhmətə gedəndə evin bütün yükü anasının üstünə düşür. Dürdanə məktəbi bitirən kimi tikiş sexində, altı aydan sonra isə rabitəçi kimi işə başlayır. Burda iş daha yaxşı idi, həm maaş bir az artıq idi, həm də növbəli iş olduğundan gecələr işləyəndə gündüzləri evdə olub torpağı əkib-becərməkdə anasına kömək edirdi. Qardaşları hələ lap uşaq idilər, anası ilə əl-ələ verib onları böyütməli idi...

- Anam torpağı əkib-becərib, aparıb tərəvəz satıb, bizi o pulla saxlayıb. Ona görə də ali təhsilim yoxdu, məktəbi bitirən kimi, 16 yaşımdan başladım işləməyə ki, anama kömək ola bilim. Köməyi yox idi, həmişə deyirdi ki, Dürdanə mənim oğlumdur. Hamıya əri dayaq olur, mənə isə Dürdanə. Hər ay maaşını gətirib mənə verir...

Ailənin ağır günləri bitməmiş, Xocalının ağır günləri başlayır:

- Yaşadığım bütün dəhşətlərə rəğmən fəxr eləyirəm ki, necə atam öləndə anama arxa olub, onunla çiyin-çiyinə qardaşlarımı böyütməyə kömək elədimsə, müharibə də başlayanda qardaşım səngərdə döyüşəndə, mən də öz rabitəçi kabinəmdə oturmuşam. Xocalının mühasirədə olduğu bir vaxtda mən də hərbçi kimi xidmət eləmişəm. Biz ailəlikcə xidmət eləmişik. Anam da Aqil Quliyevin dəstəsində olan əsgərlərə yemək bişirirdi. Deyirdi ki, o uşaqlar üçün əlimdən nə gəlirsə eləməliyəm. Onlar öz analarının yanından gəlib bizi qoruyurlarsa, deməli bu müddətə onlar həm də bizim oğlumuzdular. Özüm bişirim, ürəyimə yatsın ki, yaxşı yedilər. Qardaşım Elşad böyümüşdü, 19 yaşı var idi. Əsgərlərlə postda dayanırdı. Ondan kiçik qardaşlarımı isə anam hərbi hissəyə göndərirdi ki, gedin əsgərlərin çirkli paltarlarını gətirin yuyum. İşdən gəlirdim ki, həyətdə bütün məftillərin üstü doludur əsgər “buşlat”ı ilə. Onu nə zülmlə yuyurdu qadın... Xocalı blokadada idi, mağazalara heç yerdən mal gəlmirdi, yuyucu toz da tapılmırdı... Yuya-yuya deyirdi ki, bizə görə uşaqlar evlərindən uzaq düşüblər, çirkli olar, canları qaşınar, analarının gözünə yuxu getməz.

Xocalı blokadada idi. Ağdamdan helikopterlə nə isə gəldi, gəldi. Gəlmədisə... Gələndə də çox vaxt elə helikopter yerə enə bilmirdi. Təhlükəli idi, hər an ermənilər vura bilərdilər:

- Neçə dəfə olmuşdu ki, Ağdamdan bizə çörək gətirən helikopter enə bilməmişdi, elə göydən kisələrlə çörəyi yerə səpələyib qayıtmışdı. Bir tərəfdən atəş səsi, o biri tərəfdən helikopterin uğultusu, küləyi, o küləyin havaya qaldırdığı toz, bir tərəfdən də göydən səpələnən Ağdamın zavod çörəyi... Adamlar helikopterin onları silkələyən, uçuran küləyinin altında dayanıb göydən düşən çörəyi havada tutmağa çalışırdılar... Son aylarımızı elə yaşamışıq...

Bu müddət ərzində Xocalının işığı yox idi. Hamı xəbəri rabitəçilərdən gözləyirdi:

- Xocalı telefon qovşağının rəisi Cavid Əliyev böyük, ağ-qara bir televizor tapıb poçtun həyətinə qoyub, poçtdan elektrik çəkmişdi. Bütün kənd ağsaqqalları yığışıb AzTV-nin “Xəbərlər”ini gözləyirdi ki, görək bizə nə vaxt kömək göndərəcəklər...

Faciənin baş verdiyi günə qədərki həyatlarından qısa xatirələri danışa-danışa gəlib çıxırıq o günə:

- Sadə kənd qızı idim. Uzun, qalın hörüklərim var idi. Anam darayıb hörür, ucuna qara rezin vururdu. Həmin gün səhər növbəmi həmkarım Gülbahara təhvil verib evə gəlib, yatdım. Yuxudan oyananda yenə anam saçlarımı darayıb hördü. Nazik qırmızı paltarım var idi, onu geyindim. Ayağım yalın idi, kolqotka da geyinməmişdim. Qazımız gəlirdi, evlər isti idi. Atışma düşəndə axşam evdə oturmuşduq...

- Hamınız evdə idiz?

- Mən, anam, nənəm, bir də iki kiçik qardaşım. Böyük qardaşım postda idi. O vaxt 15 yaşından yuxarı uşaqların hamısı posta çıxırdı. İndi 15 yaşlılar uşaqdılar, onları isə müharibə tez böyütmüşdü. Qonşuda Teyyub dayı var idi, kişisiz ev idi deyə atışma düşən kimi birinci çıxıb bizi çağırırdı: “Ay Nübar, uşaqları da götür gəl bizim zirzəmiyə”.

Atışmaya öyrəşmişdik, hər axşam olurdu. Amma bu başqa idi, bu dəfə evlər silkələnirdi. Teyyub dayı çağıranda tez üstdən ağ rəngli gödəkçəm var idi, onu geyinib, altı düz uzunboğaz çəkməmi yalın ayağıma çəkdim ki, bir azdan qayıdacam, anamgillə qaçdım onların zirzəmisinə. Qonşumuz Şərqiyə xala qızı İradə ilə hardasa 11-in yarısına kimi zirzəmidə oturub sonra dedilər daha sakitlikdi, duraq gedək evimizə.

Ermənilər tələ qurmuşdular, atmırdılar ki, camaat arxayın olub yatsın. Qəfil başladılar. Erməni aeroportu alır, biz hələ zirzəmidə gözləyirik ki, ara sakitləşsin, qayıdaq evə. Qonşuda Məhəmməd dayı var idi, onun da arvad-uşağı bizimlə idi. Qəfil qapını açdı ki, “Ay bədbəxtlər, burda niyə yığılmısız? Camaat meşəni keçir”. Zirzəmidən çıxmaq istəyəndə gördük hər yan qıpqırmızıdı... Qırmızı güllələr qaranlıq səmada işıq saçırdı. Hər yan qan kimi idi. Güllənin qırmızı işığı elə düşürdü ki, adam vahimələnirdi. Zirzəmidən sürünə-sürünə çıxıb üz tutduq meşəyə tərəf...

- Evdən qızıl, pul götürə bilmədiz?

- Heç nə. Amma nənəmin pul kisəsi həmişə boynundan asılı olurdu. Mənimsə çantam əlimdə idi, bir yerə çıxanda onu özümlə götürürdüm, zirzəmiyə gedəndə də yanımda idi.

- İçində nə var idi?

- Pasportum, ana nənəmin hədiyyəsi olan qızıl saatım, qızıl sırğalarım və nazik qızıl boyunbağım. Qonşu qız mənə qırmızı rəngli bir pomada vermişdi, çəkməyə qorxurdum ki, birdən deyərlər buna bax, Nubarın qızı pomada çəkir. Kənd yeri idi, utanırdım. Amma çəkməsəm də, həmişə çantamda saxlayırdım. Bir də, blokadada olduğumuza görə maaşı xərcləməyə yer yox idi, yığırdım. Hardasa iki minəcən pulum var idi, o da çantamda idi. Çantamın qulpu da uzun idi, poçtalyon kimi boynuma asıb, qabağımda saxlamışdım. Meşədə də sürünəndə qarşıma patron çıxdıqca doldururdum çantama ki, birdən qabaqda bizimkilərdən əli silahlı gördüm, onlara verim... Qaça bildiyimiz yerdə qaçır, atışma çox olduğu yerdə isə sürünürdük. Orda yerimək mümkün deyildi, güllə başının üstündən keçirdi. Ancaq uzanıqlı, qarın içi ilə sürünə bilərdin. Birdən topuğumdan güllə dəydi... Qaça bilmirdim, sürünmək də çətinləşdi... Sonrasını xatırlamıram. Gənc idim, bəlkə qorxudan huşumu itirmişəm, bilmirəm. Bir də gözümü açdım ki, hər yer qan, cır-cındır, pal-paltar, ağacın budağından, kollardan parçalar asılıb qalıb. Camaatın əynindən cırılıb çıxıb. Kimsə qaçanda ətəyi ayağına dolaşıb, cırıb atıb, qaçıb... Hər yana körpə meyitləri səpələnib, kişi meyitləri saysız-hesabsız...

- Səhər açılmışdı, yoxsa hələ gecə idi?

- Yaralananda gecə idi, amma özümə gələndə artıq səhər açılmışdı. Təxminən səhər saat 8-9 radələri olardı.

- Harda idiz?

- Qara Qayanın üstündə, şumluqda... Oracan sürünüb gəlmişdik. Ağdamın Şelli kəndinə ayaqla on dəqiqəlik yol qalmışdı. Bizim taleyimizi bir neçə dəqiqə həll elədi. Sağa-sola baxdım ki, yanımda heç kim yoxdu. Amma arxadan Valeh Səadətlə gəlir.

- Onlar kim idi?

- Valeh bizim kəndçi idi, toylarda gitara çalırdı. Təzə evlənmişdi, yoldaşı Səadət hamilə idi, iki aya ana olacaqdı. Gözümün qabağında güllə Səadətin düz qarnından dəydi. Sonra ard-arda neçə yerindən dəydi, o gülləbaranın altında Valeh əllərini necə başına çırpıb “Səadət” deyib qışqırırdı. Elə bil havalanmışdı.

- Neçə yaşları olardı?

- Səadət məndən bir yaş kiçik idi, 19 yaşı var idi. Valehsə hardasa 3 yaş məndən böyük olardı. Sürünüb getdim ona tərəf, dedim “Valeh, qorxma, qışqırma, sağalar”. O isə məni eşitmirdi. Mən öldüyünü bilmirəm, dirənmişəm ki, yaxşı olacaq. Valeh başına döyə-döyə dedi ki, “Səadət öldü, Səadət getdi”...
Ay Allah! Onun ailəsi yanında öldü, bəs mənimkilər hanı? Sağa-sola baxıram, gözlərim hədəqəsindən çıxır ki, anam yox, qardaşlarım yox, nənəm yox. Heç kim yox! Hanı bunlar? Güllə yağış kimi yağırdı, bir az sürünüb yaxınlıqdakı xəndəyin içinə düşdüm. Xəndək səngər kimi idi...

- O səngəri kim qazmışdı?

- Sadəcə şumluq idi, düzəngah idi. İnsanlar güllədən ora ilə sürünə-sürünə qaçmışdılar, eləcə orda yer açmışdılar. Yəni bir az da aşağıdan sürünüm, güllədən gizlənim deyən insanların bədəni qazmışdı o xəndəyi. Mən o xəndəkdən başımı qaldırıb başladım hər tərəfə baxmağa ki, bəlkə bizimkilərdən kimisə tapam. Elə bu vaxt bir az qabaqdakı balaca çalada məndən kiçik qardaşımı gördüm. Bədəni qan içində, çalaya söykənmişdi, üz-gözü palçığa batmışdı.

- Sağ idi?

- Güllə sağ böyrəyindən dəyib yaralamışdı.

- Valeh necə oldu?

- O yazıq da daha ölmüş arvadına keşik çəkəcək halda deyildi, arxamca sürünüb gəlib mən düşən xəndəyə düşmüşdü. Bir də Qamboy adlı bir kişi var idi, Xocalıya Xankəndindən gələnlərdən idi, o 5 yaşlı oğlu ilə sürünüb gəlirdi. Gəlib Valehə çatdı, hamımız xəndəyin içində cərgə ilə düzülmüşük. Qardaşım, arxada mən, məndən sonra Valeh, axırda da Qamboy oğlu ilə. Başımızı qoruyuruq ki, güllə dəyməsin. Bu vaxt səs gəldi: “Qalxın ayağa!” Erməni səsi idi. O an nə hiss elədiyini söz ilə deyə bilməzsən, adam havalanır, özünü yuxuda hiss eləyir. Deyirsən “Bu həqiqət ola bilməz”.

Dürdanə pıçıldayaraq qardaşına “Elşad, bizi tutacaqlar”, - deyir. Bu vaxt səs yenə gəlir:

- Qalxın, təslim olun, qorxmayın, sizi öldürməyəcəyik!

Elşad: Qalxmayaq!

Valeh: Çarəmiz yoxdu... Burdan o yanası yoxdu... Bizimki bura qədərmiş...

Dürdanə: Elşad, yüz faiz bizi öldürəcəklər. Ya burda öldük, ya orda. Nə fərqi var?

Elşad: Qalxın ayağa...! Valeh qalxdısa, hamımız qalxmalıyıq. Biri qalxsa biləcəklər ki, yanında da adam var. Gəlib bizi qıracaqlar.

Bu günə kimi müharibədə əsir düşənlərin düşmənə necə təslim olduğunu filmlərdə çox görmüşdülər. Eynən o cür – çarəsiz, ümidsiz və səssiz halda ayağa qalxıb, əllərini boyunlarının arxasına qoyurlar...

- Bizi qabaqlarına salıb hardasa 3-4 kilometr yol apardılar.

- Yaralı halınızla?

- Elşadla mən yaralı idik, Valeh ilə Qamboy isə yaralı deyildi.

- Bəs 5 yaşlı körpə o yolu necə getdi?

- Atasının belində. İndi o uşağın hardasa 28 yaşı olar, böyük kişidi...

- O 3-4 kilometr yol hara aparırdı?

- Əsgərana. O yolu necə getdik... Can çox şirin şeydi, insan həm canından, həm də başına gələcəklərdən qorxur. Biz gedirik, ermənilər də avtomatın qundağı ilə arxadan vura-vura, söyə-söyə... Bizi nalayiq, dilə alınması mümkün olmayan sözlərlə söyürdülər. Qardaşımın, o iki yad kişinin yanında indiyəcən eşitmədiyim sözləri eşidib ölüb yerə girirdim. Söyüb, döyüb, təpikləyib aparırdılar. Qardaşıma arxadan elə təpik vurdular, tamam palçığın içinə yatdı... Qar, palçıq dizdən idi... Ayağımız haracan qara, palçığa batır, təzədən əlimizlə ayağımızı dartıb çıxardır, yola davam edirdik. Qardaşımın belinə neçə dəfə təpiklə vurmuşdular, ağ gödəkçəsi var idi, yarısı qan idi, yarısı palçıq. Biri də mənə deyirdi ki, “Sənin otunu, suyunu özüm verəcəm”.

- Sizi tutanların təxminən neçə yaşı olardı?

- Mənə elə deyənin hardasa 25 yaşı olardı, cavan adamlar idi. Bu cür gəlib çatdıq Əsgərana. Bayaqdan o gəldiyimiz yol nə imiş? Erməni arvadları necə töküldülər üstümüzə... İnan, əllərinə icazə verilsəydi, onlar bizi ordaca didərdilər, boğardılar. Bax, o arvadlar bizə hücum edəndə, ölümümü aldım gözümün qabağına. Əsgərandakı ermənilər bizə lap nifrət eləyirdilər. Xocalıdan çox adam əsir düşdü, amma onların hamısının başına bizimki qədər müsibət gəlmədi.

- Hara aparılmağınızdan asılı idi?

- Erməni kəndlərinə aparılanların qızılların, pulların əllərindən alıb buraxmışdılar. Bizi isə... Bizi çox pis bir yerə apardılar. Gör üstündən neçə il keçib, amma o günlərin bir saniyəsi belə yadımdan çıxmayıb. O gün Facebookda kimsə erməni milli qəhrəmanlarının şəklini paylaşmışdı. Qəfil gözüm sataşdı, elə bil məni tok vurdu. Dilim tutuldu, nəfəsim kəsildi... Fərqinə vara bilmədim ki, artıq azadlıqdayam, elə bildim yenə həmin vaxtlardı...

- Şəkildəki kim idi?

- Əsgəranda Karo adlı bir şərəfsiz var idi, azərbaycanlıların qənimi idi. O vaxt onu görəndə necə havalanırdımsa, şəklini görəndə yenə o hala düşdüm. Onun mənə verdiyi zülmlər dillə deyiləsi deyil. Döymək nədir ki? Əsir döyülər də, söyülər də... Nə isə, Karo haqda sənə ayrıca danışacam. İndi onu deyim ki, bizi erməni arvadların əlindən alıb gətirdilər polis şöbəsinə, “KPZ”-yə. Pilləkənlə türmənin zirzəmisinə enib içəri girəndə gördük yalan olmasın, Xocalının yarısı burdadır. Qız, gəlin qarışıb bir-birinə.

- Təxminən nə qədər adam olardı?

- Hardasa əlliyə qədər qadın var idi.

- Ümumi say neçə idi?

- Ümumi çox idi. Bizi orda sorğu suala tutub, siyahıya aldılar. Qeydiyyat apardıqları otaq yaxşı isti idi, soba yanırdı. Orda çantamı aldılar. Erməni əlini çantamın içinə salıb ovucla patron çıxardanda “Ay qancıq, sən bizə güllə atmısan” deyib ovcundakı patronları necə zərblə üzümə çırpdısa, heç ayağıma güllə dəyəndə elə möhkəm ağrıtmamışdı... Siyahıya alandan sonra bizi dəhlizlə aparıb bir dəmir qapını açdılar, dedilər girin bura.

- Qardaşınız yanınızda idi?

- Yox, qadınları kişilərdən ayrı saxlayırdılar. Qardaşımı, Valehi və Qamboyu uşağı ilə başqa kameraya apardılar, mən qaldım qadınların yanında. Kamera dar, qaranlıq yer idi. Yuxarıdan böyük, şüşəsiz pəncərələri var idi, külək qarı, yağışı içəri vurmuşdu, hər yan su, nəmişlik idi. Biz hamımız o suyun, betonun üstündə ət-ətə oturduq. Qara günümüz o kamerada başladı. Bir də o vaxt bizim kişilərin “saxladığı” erməni qadınlar da orda idi, guya əsir düşüblər.

- Onlar Xocalıda neyləyirdilər? Çıxıb getməmişdilər?

- Yox. Sənədlərini dəyişib müsəlman adı ilə qalmışdılar. Ermənilər gətirib onların altına döşək saldılar, çörək verdilər. Bizim körpələrsə acından ağlaşır...

- Uşaq çox idi?

- Xeyli uşaq var idi.

- Yaralılara yardım eləyən yox idi?

- Qətiyyən! Xocalıda kitab mağazasının satıcısı var idi, adı Vaqif idi. Onu gətirib atdılar qadınların içinə. Artıq döyülməyə halı yox idi, ölü kimi idi. Erməni dedi bu onsuzda öləcək. Bunu buraxacağıq, sizinkilərdən alacağımız var, bununla dəyişəcəyik.

- Vaqif yaralı idi?

- Bilmədim onun yanında partlayış olub, ya nə... Bədənində salamat yer yox idi. Bütün bədən deşik-deşik idi. Elə bil aşsüzən idi. Dərisində bir millimetrlik sağlam yer tapmazdın. Onu gətirib uzatdılar bizim ortamıza. Qadınlar yığışdı başına, hamı istəyirdi nə isə kömək eləsin. Ayaq tərəfi mənə düşmüşdü. Ayaqlarına qan işləmirdi, donurdu, cütləyib basdım sinəmə. Ayağındakı baş barmaqlarını ağzıma salıb başladım hava verməyə. Ovxalayıb, qızışdırmağa çalışırdım. Mən nəfəsimlə qızdırmağa çalışırdım, o isə zarıyırdı ki, “Barmağımı sıx, barmağımı...”

- O qadınların içində ananız, nənəniz yox idi?

- Yox, amma orda bir kəndçimiz dedi “Dürdanə, ananı gördüm, güllə dəydi, öldü”. Soruşdum yaralandı, yoxsa öldü? Dedi yox, yıxıldı, öldü. Artıq anamın öldüyünü bilirəm, böyük qardaşım mənimlə əsir düşüb, amma iki kiçik qardaşınla nənəmdən xəbərim yoxdu. Divarın o üzündə isə kişiləri elə döyürlər ki, bağırtıları allahın yanına gedir. Kişilər elə qışqırır adamın tükləri qabarır. Qadının qışqırması başqa, bu çığırtıdır. Amma kişilərin əzab çəkərkən bağırması dəhşətliymiş.

Əsirlikdə ilk günün birinci yarısı belə keçdi. Günorta qapı açıldı, çox iyrənc bir vedrə ilə su gətirib hərəyə yarım stəkan verdilər. Nə qonşu kameradan gələn kişilərin bağırtısı, nə də qadınların arasında ölü kimi uzanılı qalan Vaqifin zarıltısı kəsmirdi. Axşam düşdü, hava qaraldı, qapı yenə açıldı...

Artıq qapı yarım saatdan bir açılmağa başladı...

- Hər qapı açılanda 2-3 qadını aparıb-gətirirdilər...

- Yaşına fikir verirdilər?

- Onlar üçün fərqi yox idi.

- Yaşlı qadınları da aparırdılar?

- O qədər də yaşlıları aparmırdılar. Əllərində fənər var idi. Qadınların saçlarından tutub başlarını qaldırır, üzlərinə baxır, görəndə cavandı, aparırdılar. Yəni əsasən cavanları seçirdilər...

Divarın o üzündəki kişilərin bağırtısı altında qadınların kameradan aparılıb-gətirilməsi əsirləri daha çox təşvişə salmışdı. Çarəsiz qadınlar nəyin bahasına olursa-olsun, aparılanlardan olmaq istəmirdilər. Aparılanların niyə aparıldığını hamı bilirdi, amma hara aparıldıqlarını heç kim bilmirdi. Divarın o üzündən gələn bağırtını hamı öz atasının, qardaşının, ərinin, oğlunun səsinə bənzədirdi... Kişilərin bağırtısı təcavüzə məruz qalan qadınların səsini batırırdı... Sanki çarəsiz kişilər zorlanan qadınların da yerinə bağırırdılar...

(Davamı olacaq...)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əməkdar artist: “Ölmək istəmirəm, məni xilas edin”

    Əməkdar artist: “Ölmək istəmirəm, məni xilas edin” ...

    8-07-2014, 17:57

  • 
  • Bağışla qızım... Səni böyüdə bilmədik

    Bağışla qızım... Səni böyüdə bilmədik ...

    5-08-2015, 15:04

  • 
  • Azərbaycanda saxlanılan erməni əsir ailəsinə məktub yazıb

    Azərbaycanda saxlanılan erməni əsir ailəsinə ...

    13-08-2014, 17:43

  • 
  • Mübariz Mənsimovdan Xocalı paylaşımı:“Allah millətimə heç səbr verməsin”

    Mübariz Mənsimovdan Xocalı paylaşımı:“Allah ...

    27-02-2020, 11:16

  • 
  • Azərbaycanlı aktyor: “Anam öləndə bacım şükr edirdi”

    Azərbaycanlı aktyor: “Anam öləndə bacım şükr ...

    12-01-2015, 20:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (38)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu