ABŞ-ın Kolorado ştatında 35 yaşlı qadının törətdiyi dəhşətli cinayət faktı ilə bağlı məhkəmə keçirilib.
gundemxeber.az bidirir ki, aznews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ötən ilin martında baş verib. Belə ki 35 yaşlı Daynel Leyn internetdə "hamilələr üçün pulsuz paltar" elanı yerləşdirib. Elanı görən 27 yaşlı Mişel Uilkins paltar əldə etmək üçün Daynellə əlaqə saxlayıb. Pulsuz paltar vəd edən qadın Mişeli evinə çağırıb.
Məlumata görə, qadınlar 1 saata yaxın söhbət etdikdən sonra Leyn Uilkinsi itələyərək boğmağa başlayıb. Zərərçəkmiş Leyni sakitləşdirmək üçün onu sevdiyini deyib, Leyn isə cavabında "Əgər məni sevirsənsə, mənə bunu etməyə icazə verəcəksən" cavabını verib. Əlbəyaxa dava zamanı Leyn qadının başına lampa ilə vurub, boğazını bıçaq və şüşə qırıntıları ilə kəsib.
Qadın huşunu itirənə qədər Leyn onu boğmağa davam edib. Sonra 2 mətbəx bıçağı ilə 8 aylıq hamilə olan Uilkinsin qarnını kəsib və uşağı onun bətnindən çıxarıb və vannaya qoyub.
Məhkəmə prosesində Leynin əri Devid Ridli bildirib ki, o, "hamiləlik mübtəlası" olub. Bir ildən artıq müddətdə Leyn uşaq gözlədiyini iddia edib. Lakin əri sonda onun yalan dediyindən şübhələnib. Cinayət baş verən gün əri evə daxil olarkən Leyni bütünlüklə qan içərisində görüb. Uşaq isə vannada olub. Leyn ərinə uşağının düşdüyünü deyib və Devid onu uşaqla birlikdə xəstəxanaya aparıb.
Uilkins isə bu zaman huşsuz vəziyyətdə evin zirzəmisində olub.
Özünə gələn qadın polisə zəng vura bilib və dərhal müdaxilə nəticəsində həkimlər onun həyatını xilas edə biliblər. Lakin bətnindən çıxarılmış qız uşağını xilas etmək mümkün olmayıb.
Leynin 2 qızının olduğu bildirilir. Məlumata görə, 2002-ci ildə onun 19 aylıq uşağı batıb.
Leyn barədə məhkəmə hökmü aprelin 29-da veriləcək. Öldürməyə təşəbbüsə görə onu 48 ilə kimi, hamiləliyin qanunsuz olaraq dayandırılmasına görə isə 32 ilə kimi azadlıqdan məhrum etmə cəzası gözləyir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?