Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1962-ci ilə təvəllüdlü Valeh Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
gundemxeber.az lent.az-a istinadən bildirir ki, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. V.Məmmədov 10 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsi (RPİ) 29-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, keçən il iyul ayından Cinayət Məcəlləsinin 178.3.2- (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə axtarışda olan 1962-ci il təvəllüdlü Valeh Məmmədov tutulub.
O, Bakı şəhər sakinlərinin etibarından sui-istifadə edərək dələduzluq edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?