Amerikanın "Huffington Post" qəzeti Türkiyəni və onun prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib.
Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, məqalədə Türkiyənin NATO-nun tərkibindən çıxarılması tələb olunur. Bu da onunla əsaslandırılır ki, Ərdoğan prezident seçiləndən sonra NATO-dan uzaqlaşıb. "Türkiyə yarım yüz il ərzində Orta Şərqin demokratik ölkəsi kimi NATO-nun müttəfiqi idi, ancaq Suriya olaylarında İŞİD-ə dəstək verməsi səbəbiylə NATO-dakı müttəfiqlərindən uzaqlaşıb. İŞİD-lə mübarizə aparan 25 milyonluq kürdlərə savaş açıb. Belə olan halda isə Türkiyə NATO-dan şərtsiz dəstək gözləyir", - deyə məqalədə bildirilir.
Türkiyə KİV-lərində isə sözügedən məqaləyə münasibət bildirilib. Qeyd olunub ki, NATO-nun ittifaqa xəyanət edən hər hansı üzvünün qurumdan çıxarılma ilə bağlı mexanizm yoxdur. Əksinə, NATO razılaşmasının 5-ci maddəsinə görə, hər bir üzvə qarşı edilən təzyiq qalan digər üzvlərə də edilmiş təzyiq kimi dəyənləndirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?