Türkiyə prezidenti ölkənin Suriyada Kürd militantlarına qarşı cari hərbi əməliyyatlarını dəstəkləmədiyi üçün NATO-nu tənqid edib.
Şənbə günü tərəfdarları qarşısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “hey NATO, sən haradasan?” deyib və alyansı ikili standartlar tətbiq etməkdə ittiham edib. Ərdoğan bildirib ki, Türkiyə xahiş ediləndə qoşunlarını münaqişə zonalarına göndərir, lakin bunun əvəzində dəstək almayıb.
Türkiyə Suriyada Kürdlərin YPQ qoşunlarına qarşı hərbi əməliyyatlara 20 yanvar tarixində başlayıb. Ölkə YPG-nı terror təşkilatı hesab edir. Lakin Birləşmiş Ştatlar həmin döyüşçüləri İslam Dövlətinə qarşı mübarizədə dəstəkləyir.
Ərdoğan NATO-nu Türkiyənin yardımına gəlməyə çağırıb və sərhədlərinin təhlükə altında olduğunu bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?