21 nömrəli orta məktəbin direktoru Səadət Quliyeva Mikayıl Cabbarovun ziddinə gedir
Şirvan şəhər 21 nömrəli orta məktəbin direktoru Səadət Quliyeva ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Mətbuat xəbər verir ki, direktor tutduğu vəzifəsindən sui-istifadə edərək qanunsuz işlərə imza atır: «Bu məktəb Şirvanda ən çox qanun pozuntularının qeydə alındığı təhsil ocağı kimi tanınır. Məktəbdə yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti aşağı səviyyədədir. Ali məktəblərə repetitor yanında hazırlaşan 10 və 11-ci sinif şagirdləri direktorla «anlaşıb» aylığa çıxırlar. Ən böyük qanun pozuntusu isə Təhsil Nazirliyinin attestasiya imtanından kəsilən 3 müəllimin hələ də məktəbdə işləməsi ilə bağlıdır. Belə ki, ibtidai sinif müəllimələri Ülkər və Vəfa xanım, ingilis dili müəlliməsi Xəyalə xanım Təhsil Nazirliyinin attestasiya imtahanından kəsiliblər. Buna baxmayaraq, direktor həmin müəllimlərdən nəysə alaraq işdə saxlayıb. Hazırda adı çəkilən hər üç müəllimə bu təhsil ocağında dərs deyir. Bu isə o deməkdir ki, direktor təhsil naziri Mikayıl Cabbarovun əleyhinə gedir». Başqa bir məlumata görə isə Səadət Quliyevə Şamaxı məktəblərindən birində adı gedən Rafiq Ağamalıyevi məktəbə qəbul edib. Hazırda həmin şagirdin 7 b sinfində təhsil aldığı bildirilir. Məlumatı araşdırmaq məqsədilə direktorla əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı. Mətbuat xəbər ki, Səadət Quliyeva 1957-ci il sentyabrın 20-də Əli Bayramlıda (indiki Şirvan şəhərində) anadan olub. 1975-ci ildə şəhər 10 nömrəli orta məktəbi bitirərək Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna daxil olub, 1980-ci ildə ingilis-alman dili ixtisası üzrə oranı bitirib. 1989-cu ilin sentyabr ayında Təhsil Nazirliyinin sərəncamına əsasən internat ləğv olunaraq 21 nömrəli məktəb adlandırılıb. 1994-cü il oktyabrın 1-dən seçki yolu ilə Səadət Quliyeva adıçəkilən təhsil ocağına direktor təyin olunub. Başqa sözlə desək, Səadət xanım düz 22 ildir ki, eyni vəzifədə işləyir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?