Dünən vəfat etmiş Xalq artisti İlhamə Quliyevanın oğlu onun mirası ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
gundemxeber.az xəbər verir ki, jurnalistlərə açıqlama verən O.Nadirov İ.Quliyevanın öz mirasını əsgərlərə bağışlaması ilə bağlı yayılan məlumatların əsassız olduğunu deyib: “Vəsiyyətnamə işləri ilə vəkilimiz məşğul olacaq. Lakin Elgiz Əkbərin anamın öz mirasını əsgərlərə bağışlaması ilə bağlı dediyi sözləri ilk dəfədir eşidirəm. Anam belə bir şey deməyib. Yəqin bu, Elgizin öz fantaziyasıdır”. O, ekspertiza nəticələrinin 15 gün sonra açıqlanacağını və ictimaiyyətə məlumat veriləcəyini deyib. O.Nadirov dünən jurnalistlərlə kobud rəftar etdiyi üçün onlardan üzr istəyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?