Xəzər rayonunda məktəbdə bıçaqlanma hadisəsi olub. Hadisə Binə qəsəbəsində 136 saylı saylı R.M.Sadıqov adına məktəbdə baş verib. Belə ki, 8-ci sinif şagirdləri arasında yaranan dava nəticəsində İlkin adlı şagird Əli adlı sinif yoldaşını bıçaqlayıb. Şagirdin qarın nahiyəsindən 3 bıçaq zərbəsi aldığı bildirilir. O, hazırda Sabunçu xəstəxanasında əməliyyat olunur.Valideynlərdən verilən məlumata görə, məktəbdə belə hal birinci dəfə deyil ki baş verir. Məktəbdə özbaşnalıq hökm sürür. Belə ki, məktəb direktoru Yaqut Paşa qızı Məmmədova vəzifə səlahiyyətlərini lazımınca yerinə yetirmir və çox zaman məktəbdə olmur.Qeyd edək ki, nazir Yaqut Məmmədovanı ötən il, sentyabrın 14-də məktəbə direktor təyin edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?