GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Akif Çovdarovun gizli çəkiliş apardığı hotellər - Siyahı

Akif Çovdarovun gizli çəkiliş apardığı hotellər - Siyahı

Tarix: 26-02-2016, 16:02 Bölmə :Ölkə Baxış: 0
Akif Çovdarovun gizli çəkiliş apardığı hotellər - Siyahı

“MTN işi” üzrə istintaq keçmiş nazir Eldar Mahmudovun şəbəkəsinin videoşantaj əməliyyatlarını araşdırır. “Azadlıq” qəzetinin yazdığına görə, videoşantaj əməllərinin başında hazırda həbsdə olan MTN generalı Akif Çovdarov dayanırmış. İstintaqda şübhələr var ki, bəzi məmurlar şantajın qurbanı olaraq hələ də şəbəkəyə xidmət göstərə bilərlər. Akif Çovdarovdan başqa çete üzvlərindən bir neçəsinin də nəzarətində əyləncə mərkəzləri, hotel və restoranlar olub ki, həmin ünvanlara da gizli videokameralar yerləşdirilib.

İstintaqın bu məsələni araşdırması ölkənin ictimai-siyasi həyatında baş verən bir sıra xoşagəlməzliklərin səbəblərini ortaya qoyacağı şübhəsizdir. Bundan başqa, videoşantaj epizodları üzrə araşdırmalar Akif Çovdarovun dəstəsinə, yaxın ətrafına aid olan adamların ayrı-ayrı tanınmış ictimai-siyasi şəxslərin, jurnalistlərin mənzillərinə, ofislərinə gizli kameralar qoyulması məsələsinin də zatən ortada olan faktlar üzrə rəsmi şəkil almasına gətirib çıxara bilər.

Bu məlumatlarla yanaşı, bu vaxta qədər olan siyasi pornoşantajlarda da Akif Çovdarovun və onun dəstəsinin əlinin olması haqda gümanlar vardı. İctimai şəxslərin mənzillərinə yerləşdirilən gizli kameralarla əlverişsiz şəraitdə videolarını çəkirdilər. Sonradan isə həmin videolar ən müxtəlif vasitələrlə ictimailəşdirilirdi.

Görünür, MTN çetesi təkcə siyasi pornoşantajla kifayətlənməyib və şəxsi maddi maraqlarının da videoşantajla təmin etmiş olublar. İmkanlı şəxslərin, biznesmenlərin istirahət yerlərində, hotel və mehmanxanalarda videolarını çəkiblər. Sonradan həmin şəxslərə videoların varlığı haqda məlumat verilərək ictimailəşdirilməməsi qarşılığında xeyli pul tələb ediblər. Gələn məlumatlar onu deməyə əsas verir ki, artıq ləğv edilmiş MTN-nin istintaq altında olan keçmiş rəhbərliyinin işi üzrə araşdırmalar yeni mərhələyə – videoşantaj işinin araşdırılmasına gəlib çatıb.
Bir müddət əvvəl bu mövzuda maraqlı xəbər yayılmışdı. Həmin xəbərdə bildirilirdi ki, Bakıda fəaliyyət göstərən elit hotellərdən bir neçəsinin – “Emerald”, “Clear” və “Astoria Baku”nun arxasında Akif Çovdarov dayanıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov isə həmin hotellərə nəzarət edib. Rəsmi olaraq bu hotellər ayrı-ayrı MMC-lərə məxsusdur. Bu hotellərin V.Zeynalova aidiyyətini dolayısı ilə təsdiqləyən məqamlardan biri də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan ərazilərdə yerləşmələridir. Hotellərin icarəçilərə V.Zeynalov tərəfindən təhvil verilməsi haqda da məlumatlar vardı.

Məsələ bununla yekunlaşmır. Yayılan xəbərlərdə deyilir ki, Akif Çovdarovun gizli videogörüntülərinin əksəriyyəti də bu hotellərdə çəkilib. Vəzifəli şəxslərin, tanınmış simaların “gözdən uzaq” hesab etdikləri bu hotellər, xüsusilə “Astoriya Baku” tələyə çevrilib. Bəzi yüksək çinli məmurların belə burada Mahmudov-Çovdarov şəbəkəsinin qurbanına çevrildiyi gələn məlumatlar arasındadır.

İndiyədək bu mövzuda Nizami rayonu ərazisində yerləşən “Emerald” hotelinin də adı hallanıb.

JAM.az saytı bir neçə müddət öncə “Emerald” hoteli haqda yazmışdı. Həmin yazıdan sitat: “Qaynağımızın iddiasına görə, bir neçə müddət öncə istifadəyə verilən və 5 mərtəbədən ibarət olan hoteldə ən ucuz otağın qiyməti 70-90 manatdan başlayır. Mənbənin sözlərinə inansaq, hoteldəki otaqların hər biri yüksək şəraitlə təmin edilib: ”Hotelin müştərilərinin çoxunu imkanlı şəxslər təşkil edir. Onların arasında müxtəlif vəzifələrdə çalışan insanlar da var. Müştərilərin əksəriyyəti hotelin birinci mərtəbəsində yerləşən restoranda yeyib-içib daha sonra otaqlara keçirlər. Otaqların qiyməti isə müxtəlifdir. “Emerald” hoteldə sadə otağın bir gecəlik qiyməti 70 manatdır. Hər cür şəraitlə təmin olunan VİP otaqların qiyməti isə 120 manatdan başlayır. Bahalıq üzündən maddi durumu aşağı olan şəxslər hotelə gələ bilmir. Həftənin hər günü fasiləsiz fəaliyyət göstərən hotel əməlli-başlı əxlaqsızlıq yuvasına çevrilib. Bura gələn cavan oğlan və azyaşlı qızların məqsədi məlumdur. Onlar hoteldə bir neçə saat ərzində əylənirlər”.
Sayt o vaxt həmçinin yazmışdı ki, əxlaqsız əməllərin intensiv xarakter aldığı məkanlardan biri də “Clear” hoteldir. Xatırladaq ki, son 10 ildə “Clear”ın adı daim mənfi planda hallandırılıb. Lakin indiyədək obyekt rəhbərliyi bu barədə ictimaiyyətə heç bir izahat verməyib.

Babək prospektində yerləşən “Astoria Baku” hotelinin adı yaxşı hallanmır. Bu obyekt barədə də indiyədək saytlarda mənfi planda çox yazılıb. İddialara görə, ləğv edilmiş MTN-in həbsdəki və istintaq altındakı sabiq rəhbərliyi “Astoriya Baku”, “Sərin” hotellərindən şantaj məqsədilə çox istifadə edib.
Bu məlumatlardan da belə nəticəyə gəlmək olar ki, A.Çovdarovun şəbəkəsinin gizli kameralarının obyektivi qarşısında xeyli şəxs özü də bilmədən pornoulduza çevrilib. Sonradan həmin şəxslərin neçəsinin şantaja məruz qaldığını isə istintaq müəyyən etməlidir/musavat.com/.

Akif Çovdarovun gizli çəkiliş apardığı hotellər - Siyahı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarovdan XƏBƏR VAR - kassasiya şikayətini geri götürüb

    Akif Çovdarovdan XƏBƏR VAR - kassasiya şikayətini ...

    26-09-2019, 11:34

  • 
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarovdan xəbərdarlıq... -"Ona çatdır məndən yazmasın"

    Akif Çovdarovdan xəbərdarlıq... -"Ona çatdır ...

    7-12-2015, 19:44

  • 
  • Akif Çovdarov Mətanət İsgəndərlini də şərləyərək pul alıb?

    Akif Çovdarov Mətanət İsgəndərlini də şərləyərək ...

    27-04-2016, 23:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu