GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ARABO Terror Dəstəsi- Soyqırım cinayətkarlarının adları...II Hissə

ARABO Terror Dəstəsi- Soyqırım cinayətkarlarının adları...II Hissə

Tarix: 29-02-2016, 08:25 Bölmə :Ölkə Baxış: 0
ARABO Terror Dəstəsi- Soyqırım cinayətkarlarının adları...II Hissə

TEREF.İNFO - Aparılan araşdırmalar nəticəsində, Xocalı və Qaradağlı soyqırımları zamanı xüsusi qəddarlığı ilə seçilən Manvel Yeğiazaryan və Arabo dəstəsini ifşa etmək üçün elə düşmənin mənbələrinə baxmaq kifayətdir. “Mənim qardaşımın yolu” adlı kitaba, o cümlədən Qaradağlı soyqırımı haqqında erməni mənbələrinə əsasən araşdırdığım “Qaradağlı Soyqırımının Dəhşəti” adlı araşdırma yazısına baxmaq kifayətdir. ((daha geniş buradan bax: http://modern.az/articles/72530/1/ ) Doğrudur, erməni tərəfi Monte Melkonyanın qardaşı Markar Melkonyanın yazdığı bu kitabı, hətta türklərin növbəti uydurması kimi qəbul edib. Amma həqiqəti heç kim və heç nə dəyişə bilməz. Təbii ki, onun soyqırımlara görə, beynəlxalq ASALA terrorçusu Monte Melkonyana bəraət qazandırmağa çalışması yalnız bizi deyil, amerika jurnalisti Tomas Qoltsu da dəhşətə gətirib. Bu haqda Tomas Qolst bildirir: “Mən bu kitabı erməni internet saytından sifariş etdim. Onu alandan sonra, düz bir ay ona toxuna bilmədım. Lakin mən onu oxudum. Amerikan ermənisinin kitabı olan “Mənim qardaşımın yolu” məni çox qüssələndirdi. Onun müəllifi, öz qardaşı Montenin “qəhrəmanlığından” danışırdı, baxmayaraq ki, məhz o, qardaşını Xocalı qırğını ilə əlaqələndirirdi. Böyük sayda günahsız insanları qətlə yetirən və həmçinin ASALA üzvü kimi türk diplomatlarına qarşı terror aktlarında iştirak edən bir kəs, həmin bu kitabda qəhrəman statusuna qaldırılmışdı, qardaşı isə onunla fəxr edirdi”.
“Monte öz şəxsi əşyalarını yeni kazarmada bir yerə qoyub, binoklunu bağazından asaraq qapıdan çıxdı ki, ərazi ilə yerində tanış olsun. Stepanakertdəki Müdafiə Komitəsi, əhalisinin sayı 1200 nəfərə bərabər olan, buğda əkməklə məşğul olan və bu səbəbdən varlı kənd olan Qaradağlıda “təmizləmə” işləri aparmaq istəyirdi. Kənd, Stepanakertdən Martuniyə aparan yeganə asfalt yolun üzərində yerləşirdi... Qaradağlı əhalisi, onlara qarşı həddən artıq düşmən münasibətində olan ermənilər tərəfindən mühasirəyə alındı. Nəticədə helikopterlər qadın və uşaqları təxliyyə etmək üçün uçub gəldi. Rəhbərlik Monteyə, kəndə ediləcək hücum planının hazırlanmasını xahiş etdiyi məqama isə kənddə qalanlar (hamısı deyil) yaxşı silahlanmış müdafiəçilərdən ibarət idi...
...Fevralın ortalarında Monte və onun Vətənpərvər dəstəsi Mehdişendə düşərgə saldı. Stepanakertin şimalında yerləşən həmin kəndin, rayon mərkəzi Martunidən kifayət qədər aralı yerləşməsinə baxmayaraq, oradan qonşuluqdakı Xocalı şəhərinə planlaşdırılan hücum üçün lazımi kəşfiyyat məlumaları toplamaq asan idi. Altı min nəfər əhalisi olan Xocalı, böyüklüyünə görə, Dağlıq Qarabağın alınmaz qalası olan Şuşadan sonra ikinci azərbaycanlı əhalisi olan şəhər idi. Azərbaycanlılar, Dağlıq Qarabağın Xocalı şəhərində yerləşən təyyarələrin yeganə uçuş-enmə zolağına nəzarət edirdi və onların atıcıları, vilayətdən keçən iki baş yolu kəsərək, bir-birindən ayırırdı: biri şərqə, digəri isə şimala aparan yolları. Lakin, buna baxmayaraq, Xocalıdakı hərbi iştirak daha çox müdafiə xarakteri daşıyırdı. Müdafiəçilərin sayı təxminən 40 XTMD (ОМОН) döyüşçüsündən, üstə gəl 60-dan 200-ə qədər “özünümüdafiə qrupu”nun, əsasən təcrübəsiz çağırışçılardan ibarət idi.16 fevralda Montenin hücum əməliyyatı dayandı, çünki o, Stepanakertdəki rəhbərləri tərəfindən təcili çağırış aldı...” – Markar Melkonyan “Mənim qardaşımın yolu” kitabından.
Yuxarıdakı məlumatdan aydın olur ki, düşmən ilkin olaraq Qaradağlıya deyil, daha böyük “tikə” olan Xocalıda soyqırım planlaşdırıb. Lakin Arabo, Aramo və Masis dəstələrinin özbaşına olaraq Qaradağlıya daxil olması bu əməliyyatın dayandırılmasına səbəb olub.
Daha sonra Markar Melkonyan bildirir: “...O, öz binoklunu yerə qoyub Stepanakertin keçmiş vağzalında, Azadlıq naminə mübarizə edənlərin bulvarında yerləşən Silahlı Qüvvələr qərargahına tələsdi. O, eynəkli Dağlıq Qarabağ “prezidenti” Artur Mkrtıçyanın fısıltılı səslə dediklərindən belə başa düşdü ki, Aramo və Arabonun dəstələri icazəsiz və heç bir əmr olmadan öz təşəbbüsləri ilə Qaradağlı kəndinə hücum ediblər və kəndin azərbaycanlı müdafiəçiləri bu həmləni dəf edərək, hətta atışma zamanı hücum edənlərin birini də öldürüblər. Mkrtıçyan bilirdi ki, Montedə, Qaradağlıya dair müvafiq kəşfiyyat məlumatları var və bu səbəbdən xəyanətkarlar tərəfindən pozulan həmin əməliyyatı, onun özünün başa çatdırmasını xahiş etdi. Monte, Mehdişendə yerləşən Vətənpərvər Dəstənin mövqelərinə qayıdaraq elan etdi: “Tez olun, əşyalarınızı yığın. Biz gedirik”. Günortaya yaxın onlar, Qaradağlıya aparan yolda Aramo və Arabonun dəstələri ilə rastlaşdı. Həmin vaxta qədər döyüş başa çatmışdı. Qara qara çalmalı döyüşçülər (Arabo– Ş.Q) dedilər ki, kənd alınıb və hal-hazırda hücum edənlər geri çəkilir. Bunu eşidən Vətənpərvər Dəstənin döyüşçüləri geriyə dönərək, Dor Atseldəki kazarmalarına qayıtdı. Monte isə irəli, Qaradağlıya tərəf getdi ki, hər şeyi öz gözləri ilə görüb əmin olsun. Bir az keçəndən sonra o, Dor Atseldəki kazarmalara girərək, qışqırdı: “Hazır olun!” Məlumat səhv idi. Qaradağlı azərbaycanlı müdafiəçilərin əlində qalırdı. Ertəsi gün səhər saat 6-dan Vətənpərvər Dəstənin üzvləri mixəyi rəngli otun və qarın üzərində pusquda duraraq, Qaradağlının cənub-qərb hissəsində yerləşən azərbaycanlıların müdafiə blok-postunu müşahidəyə götürdülər. Martuni qərargahından olan yerli döyüşçülər Montenin hər iki tərəfində yerləşirdi, Aramo və Arabonun dəstələri isə bu vaxt kəndin ətrafındakı digər mövqeləri tutmaqla məşğul idi...Güllə atəşi altında azərbaycanlı müdafiəçilər ratsiya ilə şimal istiqamətində kənddən bir neçə kilometr aralı yerləşən, Ağdam düzənliyindəki komandanlarına müraciət edərək, yardım istədilər və bu həmlələrə tab gətirə bilməyəcəklərini bildirdilər. Monte, müşahidə məntəqəsində olarkən, müdafiəçilər olan binada güllə səslərini eşitdi. Bu zaman ona elə gəldi ki, müdafiəçilər gələcək hərəkətləri barədə razılığa gəlmədikləri üçün bir-birinə atəş açırlar. Müdafiəçilər tərəfindən cavab atəşi dayandırıldıqdan sonra Monte öz B-7-sini aşağı endirdi və hücum edən dəstələrin hər tərəfdən Qaradağlıya axışmasına nəzarət etməyə başladı. Gündüz saat 5-də dəstələr öz vəzifələrini yerinə yetirdi. Ermənilər tərəfindən bir döyüşçü, düşmən tərəfdən isə ikisi nəfər öldürüldü. Qırx səkkiz azərbaycanlı əsir yük maşınına tərəf addımlayırdı. Əsirləri Stepanakertə göndərirdilər ki, orada onları istənilən qədər saxlayaraq, azərbaycanlıların əlində olan erməni əmanətlərinə dəyişmək mümkün olsun... Arabo və Aramonun döyüşçüləri 38 əsiri itələyərək, kəndin kənarındakı xəndəyə saldı. Onların arasında mülki əhali və qadınlar var idi. Bir əsir, tənziflə bağlanmiş əlində gizlətdiyi qumbaranı çıxararaq Vətənpərvər dəstədən olan, keşikçi Levonun ayaqları altına atdı. Partlayış zamanı onun ayağının bir hissəsi yerindən üzüldü. Aramo və Arabonun əsgərləri qızğın bir surətdə, dünən ölmüş yoldaşlarının qisasını almaq məqsədilə xəndəkdə olan əsirləri, istisnasız olaraq güllələməyə başladılar və diri qalanları bıçaqla qətlə yetirdilər. Aştarak Vətənpərvər dəstəsinin beş nəfər üzvündən biri olan “Çapıq” Edo, bir neçə yaralı əsgərin üstünə benzin tökərək, yanan kibrit çöpünü atdı. Monte xəndəyə yaxınlaşdığı vaxt, orada ancaq meyit qalıqları topası qalmışdı... Soyğunçuluq edəndən sonra onlar kəndi odladılar. Nəticədə, Qaradağlıda və onun ətrafında iki gün ərzində öldürülən azərbaycanlıların sayı əlli üçə çatdı. Eyni zamanda ermənilər tərəfindən də üç nəfər öldürülmüşdü ki, onlardan biri də Xaqortidə, naqafil gülləyə tuş gələn altmış yaşlı kənd sakini idi. Qaradağlıda keçirilən təmizləmə əməliyyatı barədə yenilik yayıldıqdan sonra, cənuba tərəf on beş kilometr məsafədə yerləşən Qırmızı Bazar kəndinə çatan kimi bizi bu kənddən olan bir neçə nümayəndə üzvü qarşıladı... Nümayəndənin üzvləri bizdən nəzakətlə xahiş etdi ki, əsir düşmış azərbaycanlılardan dörd nəfərini “mədah” – qanlı qurban gətirmək üçün onlara verək. Axı belə bir yazı var idi: əvəz əvəzə (око за око)... Qaradağlıda əlli nəfərdən çox azərbancanlı əsir öldürüldü”. – Markar Melkonyan “Mənim qardaşımın yolu” kitabı.
12 mart 2014 cu il tarixində düşmən Qaradağlının işğal edilməsinin 22 illiyini qeyd edib. Bu münasibətilə seperatçı Bako Sahakyan Arabo terror dəstəsinin bir qrup cinayətkar döyüşçülərini Qaradğlıdakı tədbirə dəvət edərək onları mükafatlarla təltif edib. Hazırda aşağıda göstərilən soyqırım cinayətkarları rahat bir şəkildə Ermənistanda yaşayır və Ermənistan Respublikası tərəfindən himəyə edilir.
Döyüş xidməti medalı ilə
Serob Arşakyan
Mher Yeğoyan
Suren Yepremyan
Martin Xanyan
Karo Karapetyan
Sasunik Hovhannisyan
Ara Mxitaryan
Aramayis Niqaryan
Arkadi Sardaryan
Arayik Soğomonyan.
Artur Gevorkyan (zərərsizləşdirildikdən sonra)
Sergey Qriqoryan (zərərsizləşdirildikdən sonra)
İgidliyə görə medalı ilə
Eduard Melkonyan (zərərsizləşdirildikdən sonra)
Araşdırmalara görə, Qaradağlının işğalından sonra mülki əhaliyə qarşı amansız mövqeyinə görə, Manvelin dəstəsi Xocalı istiqamətində xüsusi məxfi ələmiyyata cəlb edilib. Onun burada aparacağı missiya digər yerlərdən fərqli olaraq daha genişmiqyaslı olmalı idi.
Belə ki, Xocalıya hücum əməliyyatı əsasən– Xocalı aeroportu və Xocalı şəhəri istiqamətində aparılmalı idi. Hər iki istiqamətdə aparılan əməliyyatlar daxilində Arabo dəstəsi xüsusilə fərqlənib. Dəstənin bir qrupu bölgə üçün mühüm strateji əhəmiyyət daşıyan Xocalı aeroportu istiqamətində aparılacaq çətin əməliyyatda, digər hissəsi isə Xocalıdan Ağdam istiqamətinə hərəkət edəcək mülki sakinlərin pusquya salınaraq məhv edilməsi üzrə təlimatlandırılıb. Hücum hazırlığı fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlayıb. Saat 23:00 radələrində toplardan açılan atəşlə ilk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılıb. Şəhərə hücum isə toplardan, tanklardan, "Alazan" tipli zenit toplarından 2 saatlıq atəşdən sonra başlanıb. Piyada hissələr şəhərə saat 13:00 və 16:00 arası daxil olublar. Şəhərin sonuncu müdafiə nöqtəsi isə saat 18:00 radələrində ələ keçirilib.
Düşmənin güclü hücum qarşısında əhali əsasən iki istiqamətdə Əsgəran-Naxçevanik və Ağdama doğru qaçmağa başlayıb. Belə ki, Xocalı şəhərinin özünə üç istiqamətdən hücum aparıldığından əhali ilkin olaraq Əsgəran istiqamətində qaçmağa başlayıb. Tezliklə aydın olur ki, bu hazırlanmış tələdir. Naxçəvanlı kəndi yaxınlığında əhalinin qarşısı əsasən Vitali Balasanyanın Əsgəran alayı tərəfindən kəsilərək gülləborana tutulub. Qarlı aşırımlarda və meşələrdə zəifləyən, taqətdən düşən insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilib. İndiyə qədər, azərbaycanlılar şəhid edilən və xüsusi qəddarlıqla öldürülən mülki Xocalı sakinlərinin cinayətkarı kimi, Əsgəran istiqamətində başda Vitali Balasanyanın komandanlığı altında olan dəstələrin iştirak etdiyini bilir. Təbii ki, erməni tərəfi də bu faktı dana bilməz. Ən azından bunu Vitalinin özünündə iştirak etdiyi video materiallar sübut edir.
Bəs Ağdam istiqamətində həlak olan azərbaycanlılar? Onları kim pusquya salıb?
Bildirim ki, ermənilər hər zaman Ağdam istiqamətində mülki sakinlərin pusquya salınaraq öldürülməsini çək çevir edir, hətta xüsusi həyassızlıqla Azərbaycan tərəfinin üzərinə atmağa çalışır. Lakin, bu məsələni də bizim üçün Markar Melkonyan “Mənim qardaşımın yolu” kitabında dəqiqləşdirib.
“Fevralın 26-da Monte Melkonyan Xocalıda yerləşən, üç həftə bundan əvvəl özünün ilk kəşfiyyat əməliyyatını keçirdiyi həmin dağın yamacında duraraq, qurumuş ot və qar üzərində qalan qan izlərinə baxırdı.
Xocalıya gələn kimi o, burada baş vermiş döyüş barədə məlumat almaqla, burada, bəlkə də bir neçə saat bundan əvvəl keçirilmiş şiddətli kütləvi qırğının mənzərəsini zərrə-zərrə cəmləşdirməyə başladı.
Gecə saat 11-ə yaxın, təxminən 2 min erməni döyüşçüsü, keçən ildən qalan sıx otun arasından keçərək üç tərəfdən Xocalıya yaxınlaşdı və sakinləri, şərq tərəfdə azad saxladıqları əraziyə tərəf qovmağa başladılar.
Fevralın 26-da səhərə yaxın qaçqınlar Dağlıq Qarabağın şərq zirvəsinə çataraq, dağ yamacı ilə enməyə başladılar. Onlar buradan 6 mil aralı olan Azərbaycanın Ağdam şəhərində özlərinə qurtuluş tapmaq istəyirdilər. Orada, təhlükəsizlikləri guman edilən hüdudlarda, təpələrin arasında Dağlıq Qarabağ əskərləri onları haqladı.
“Onlar ancaq atırdılar, atırdılar və atırdılar”, - deyən qaçqın Raisa Atakişiyeva, təhqiqat aparan Human Rights Watch təşkilatı nümayəndələrinə məlumat verirdi. Sonra, Arabonun döyüşçüləri bıçaqlarını qınından çıxararaq zərbə endirməyə başladılar...
İndi burada ancaq külək quru otun arasında fışıldayırdı və bu o külək idi ki, təzə əsməyə başlayırdı, hələ də meyidlərin qoxusunu sovurub apara bilməmişdi.
Montenin Martuniyə cəmi 22 gün bundan əvvəl gəldiyinə baxmayaraq, o, artıq əsirlərin və silahsız dinc kəndlilərin qanına boyanmış iki olüm meydanından keçmişdi. Monte, yerə tökülmüş quru çır-çırpının üstünə atılıb qalan qadın və qız uşaqlarının kuklaya bənzər meyitlərinin arasında xışıltılı addımlarla yeriyirdi. “Heç bir intizam yoxdur” deyərək o deyinirdi. O bu tarixin əhəmiyyətini bilirdi: Sumqayıt şəhərində ermənilərə qarşı keçirilmiş qırğının dördüncü ildönümü idi. Xocalı həm strateji hədəf, həmdə qisas aktı idi.”
Kitabda azərbaycanlılara qarşı nə qədər qərəzli və təhrif olunmuş fikirlər yer alsa da, düşmən Qaradağlı və Xocalıda törədilən soyqırım aktlarını öz dili ilə etiraf edib. Bu baxımdan mənbə başda cinayətkar Manvel Yeğiazaryanın başçılıq etdiyi Arabo və Aram Toqromyanın başçılıq etdiyi Aramo terror dəstələrinin apardığı fəaliyyətləri bizə çatdırdığına görə həqiqətən dəyərli hesab olunmalıdır.
Beləliklə, yuxarıda göstərilənlərdən aydın olur ki, istər 1992-ci il 17 fevral Qaradağlı, istərsə də 25-26 fevral Xocalı şəhərində (həmçinin aeroportuna) aparılan soyqırım aktlarında iştirak edən Arabo terror dəstəsi mülki azərbaycanlı əhalisinin məhv edilməsi üçün xüsusilə təlimatlandırılıb. Manvel Yeğiazaryan, o cümlədən Arabo dəstəsinin üzvləri Xocalıda soyqırımın həyata keçirilməsi, insanların eybəcər halına salınmasına görə, Beynəlxalq Hüquq və Azərbaycan xalqı qarşısında cavab verməlidir.

Şahin QOCAYEV

ARABO Terror Dəstəsi- Soyqırım cinayətkarlarının adları...II Hissə
ARABO Terror Dəstəsi- Soyqırım cinayətkarlarının adları...II Hissə
ARABO Terror Dəstəsi- Soyqırım cinayətkarlarının adları...II Hissə
ARABO Terror Dəstəsi- Soyqırım cinayətkarlarının adları...II Hissə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə Monte Melkonyana abidə qoyuldu -Qardaş ölkədən şok addım

    Türkiyədə Monte Melkonyana abidə qoyuldu -Qardaş ...

    28-11-2016, 22:49

  • 
  • Ermənistanın terrorçu kiber ordusu darmadağın edilib.

    Ermənistanın terrorçu kiber ordusu darmadağın ...

    4-03-2016, 00:10

  • 
  • Qaradağlı kəndində törədilən qətliamdan 24 il ötür

    Qaradağlı kəndində törədilən qətliamdan 24 il ötür ...

    17-02-2016, 00:36

  • 
  • "Melkonyan terrorçudursa, onda Ermənistan dövləti də terrorçudur...” - Erməni jurnalist

    "Melkonyan terrorçudursa, onda Ermənistan ...

    25-11-2022, 16:45

  • 
  • Bakıda erməni dili kitabı nəşr olunur

    Bakıda erməni dili kitabı nəşr olunur ...

    4-09-2013, 12:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (38)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu