"Cənub Qaz Dəhlizi" layihəsi Avropa, İtaliya və Azərbaycan üçün strateji əhəmiyyətə malikdir.
Bunu Trend-ə "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında iştirak etmək üçün Bakıda olan İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçenti deyib.
Onun sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır.
O əlavə edib ki, tədarük mənbələrinin şaxələndirilməsi baxımından Azərbaycan qazının tədarükləri əsas prioritetdir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?