“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı fevralın 15-də Bakıda keçiriləcək. Bu barədə Azərbaycan Energetika Nazirliyi məlumat yayıb.
Xəbərdə deyilir ki, Məşvərət Şurasında iştirak etmək üçün müvafiq ölkələrə və bir sıra beynəlxalq maliyyə təşkilatlarına dəvət məktubları göndərilib. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının proqram və gündəliyinin hazırlanması ilə bağlı tədbirlər davam etdirilir.
“Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində keçiriləcək görüşdə bir qayda olaraq kəmərin keçəcəyi ölkələrin energetika, iqtisadiyyat, xarici işlər nazirləri, beynəlxalq maliyyə qurumlarının, koorporasiyaların rəhbərləri və ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə nümayəndəsi, Avropa Komissiyasının enerji birliyi üzrə vəzifəli şəxsi iştitrak edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?