GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Çörək, geyim, övladını dolandırmaq tələbatı insanları məcbur edəcək ki, taleyinə biganə qalmasın”

“Çörək, geyim, övladını dolandırmaq tələbatı insanları məcbur edəcək ki, taleyinə biganə qalmasın”

Tarix: 29-02-2016, 13:01 Bölmə :Ölkə Baxış: 0
“Çörək, geyim, övladını dolandırmaq tələbatı insanları məcbur edəcək ki, taleyinə biganə qalmasın”

Mehman Əliyev: “Gündəm Xəbər” qəzetinə olan təzyiqləri pisləyirik”

“Turan” İnformasiya Agentliyinin direktoru, siyasi təhlilçi Mehman Əliyev regionda durum, müşahidə olunan qlobal iqtisadi böhran, Azərbaycan-Rusiya münasibətləri, regionda İranın önə çıxması, Gürcüstanın durumu, Ermənistana ötürülən 200 milyonluq silah-sursat, rəsmi Bakının buna reaksiyası, mətbuatın durumu, “Gündəm-Xəbər” qəzetinin məhkəmə prosesi və digər məsələlərlə bağlı fikirlərini açıqlayıb.

- Regionda yaranan durumu necə şərh edərsiniz?

- Hesab edirəm ki, bu gün regionda yaranan durum Azərbaycanın xeyrinə deyil. Azərbaycan regionda təklənib. Mən belə qiymətləndirərdim.

- Hansı səbəbdən bu qənaətə gəlmisiniz?

- Gürcüstan münasibətlərini Avropa ilə qurub, bu istiqamətdə gedir, fəaliyyətini ortaya qoyur. İran öz münasibətlərini Amerika və Qərblə düzəldib, hazırda bu proseslər o istiqamətdə gedir. Münasibətlər normaldır. Ermənistan iki başlı oyun oynayır, hamı ilə tarazlı siyasət aparır. Orada da vəziyyət stabil və normaldır. Azərbaycanda vəziyyət isə pisdir. Ölkəmizdə daxili problemlər günü-gündən pisləşir. Üstəlik iqtisadi böhranda müşahidə olunur. Azərbaycanda nə Qərbdən, nə İrandan, nə də başqa ölkələrdən dəstək ala bilir. Bütövlükdə bizdə ən pis göstəricilər mövcuddur. Yəni qeyri stabil və qeyri sağlam durum var.

- Bu durum hansı ssenarilər üzrə inkişaf edə bilər?

- Fikrimcə, yaxın zamanlarda çevik və radikal islahatlar getməsə, bu zaman vəziyyət pis olacaq, bəlkə də qeyri stabil vəziyyətə gətirib çıxaracaq. Çünki kasıblaşmış, çörək tapmayan narazı kütlə öz sözünü deyəcək. Bu qaçılmaz olacaq. Mən vəziyyəti belə görürəm. Bu uzun çəkə bilməz. Odur ki, problemləri təcili həll etmək, insanlara ümid, şans vermək lazımdır. Hələlik bu müşahidə edilmir.

- Bəs hökumətə alternativ varmı?

- Bilirsinizmi, indi məni alternativ maraqlandırmır, heç bu haqda da danışmaq niyyətim yoxdur. Alternativin olub-olmamasını bir kənara qoyuram. Bizi bu gün gözləyən qarşıdakı problemlərdir. Biz problemin içindəyik və hələ ki, hökumət bundan çıxış yollarını bizə göstərmir. Ortada təkliflər və təşəbbüslər yoxdur. Məncə, problem budur. Ortada alternativ var və ya yoxluğu əsas məsələ deyil. Əsas məsələ odur ki, ölkə getdikcə böhranın içinə girir. Bundan sonra hansı alternativ olacaq, nə baş verəcək, bunu allah bilir.

- Bir çox analitiklər indiki durumu daha çox 90-cı ildəki durumla müqayisə edirlər, deyirlər ki, tarix təkrarlanır. Siz, necə düşünürsünüz?

- Yox. Mən belə düşünmürəm. 1990-cı ilin əvvəllərində dramatik ümidlər var idi. Çoxları düşünürdü ki, biz SSRİ-dən qopacağıq, müstəqil dövlət kimi inkişaf edəcəyik, hamı üçün normal şərait yaradılacaq, insanlar yaxşı yaşayacaq, azad olacaq. Eləcədə biznesmen bizneslə, jurnalist media ilə məşğul olacaq. Bir sözlə, insanlar açıq cəmiyyət, ədalətli quruluş, hüququ dövlət, demokratik Avropaya inkişaf edən quruluş görmək istəyirdi. Gözlənti bundan ibarət idi, ümidlər vardı ki, qısa müddətə bütün bunlar baş verəcək. Bizim çoxlu neftimiz var, bunu biz özümüz istifadə edəcəyik, satacağıq, çoxlu gəlir götürəcəyik və s. Yəni 90-cı illərdə gözlənti bundan ibarət idi. İndi başqa vəziyyətdir. Bütün ümidlər puç olub gedir, gələcəyə ümid yox, yolumuz aydın deyil. Bulanmışıq cinayətlərə, bütöv cəmiyyət olaraq. Odur ki, bütövlükdə indi fərqli bir durum mövcuddur. Mən hesab edirəm ki, 1990-cı ildə romantika var idi, bu insanlarım mübarizəyə vadar edirdi. İndi bilinmir ki, biz haradayıq və hara gedirik.

- Sizə elə gəlmirmi ki, bizdə insanlar öz taleyinə biganə yanaşır və öz taleyi ilə artıq barışıb...

- Mən bilmirəm kim barışıb, kim barışmayıb. Amma hər bir şəxsin, insanın çörək yeməyə tələbatı var. Eləcədə geyinməyə, övladını dolandırmağa. Bax, bu tələbat məsələsi insanları məcbur edəcək ki, taleyinə biganə qalmasın. Bu qaçılmazdır. Heç bir insan gedib ac şəkildə yorğan-döşəyində yatmayacaq, bu taleyi ilə barışmayacaq. Məncə, bu mümkün deyil. Müəyyən qədər vaxta insan belə taleyi ilə barışa bilir. Amma yaşaya-yaşaya ölməyi, ac qalmağı heç kəs qəbul etməyəcək.

- Azərbaycan-Rusiya münasibətlərinə gələk. Uzun müddətdir deyirdilər ki, bu iki ölkə arasında yaxın münasibətlər var, Bakı Moskva ilə yaxın, Qərbdən uzaqdır. Bu iki ölkə arasında münasibətlərin indiki mərhələsini necə qiymətləndirirsiniz?

- İndiki mərhələ aydındır. Əslində münasibətlər heç zaman yaxşı olmayıb. Mən deyərdim ki, Azərbaycan-Rusiya münasibətləri bir qədər fərqlidir. Biz Rusiya iqtisadiyyatını maliyyələşdirməklə müəyyən qədər bu ölkə ilə münasibətlərimizi sığortalayırıq. Ancaq bununla məşğuluq, başqa bir şey yoxdur. Bizdə iki tərəfli normal və sağlam əməkdaşlıq yoxdur. Əgər varsa, mən bunu görmürəm. Ona görə də, tərəflər bir-birinə şübhə ilə baxır. Odur ki, mən bu iki dövləti bir-birinə müttəfiq saya bilmirəm. Azərbaycanda Rusiya yönümlü hərəkətlər ola bilməz. Çünki ruslar bunu da qəbul etməz.

- Sizə elə gəlmirmi ki, Rusiyaya məxsus təyyarə Türkiyə səmasında vurulduqdan sonra Bakı ilə Moskva arasında münasibətlərdə soyuqluq yaranıb?

- Mən yenə də, qeyd edirəm ki, Azərbaycan-Rusiya münasibətləri necə vardısa, indidə stabil olaraq qalır. Bu münasibətlər heç vaxt normal olmayıb. Ancaq pula hesablanıb. Pul vermişik bizdən əl çəkiblər, bizi tərifləyiblər. Pul vermirik bizi sıxırlar. Başqa bir şey yoxdur.

- Rusiyanın Ermənistana 200 milyon dollarlıq silah verməsini necə şərh etmək olar?

- Biz Rusiya iqtisadiyyatına yatırımlar edirik. Bu ölkədə pullar xərcləyirik. Rusiyada Ermənistana silah verir. Belə çıxır ki, bu silahlar bizim pulumuza düşmənə verilir. Çox sadə bir şeydir. Ruslar Qarabağ münaqişəsindən istifadə edərək erməniləri bizim üzərimizə qaldırırlar, bizi çəkindirirlər. Bizdə gedib Rusiyadan 3-4 milyardlıq silah-sursat alırıq. Rusda bizə silah satır, eləcədə 200 milyonluq silahı ermənilərə verir. Faktiki olaraq bu bizim hesabımıza baş verir.

- Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyaya verdiyi notanı neçə qiymətləndirirsiniz?

- Azərbaycan tərəfi nota verir. Bu normaldır. Nota verilir ki, biz bundan narazıyıq, bu durumu əsla qəbul etmirik və s. Ancaq bunun əhəmiyyəti, nəticəsi olurmu? Əsas məsələ budur. Bundan əvvəldə Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfinə notalar verib. Özü də, bir neçə dəfə. Bununla yanaşı Azərbaycan Rusiya ilə əməkdaşlıqdan da qaça bilməz və bu mümkün də deyil. Rusiya bizə qonşu dövlətdir.

- Rusiya Azərbaycan üçün nə qədər təhlükəlidir?

- Bilirsinizmi, müşahidələr göstərir ki, Azərbaycanla Qərb arasında münasibətlər pisləşəndə avtomatik olaraq Rusiya ilə də münasibətlər pisləşir. Müşahidələrə əsasən deyə bilərəm ki, Qərblə münasibətlər pisləşəndə heç vaxt Rusiya ilə münasibətlər yaxşılaşmır. Ona görə də, bu mənada qorxuludur ki, Qərblə münasibətlər normallaşmasa, Rusiya tərəfindən təzyiqlər arta bilər.

- Azərbaycanda mətbuatın durumunu necə qiymətləndirirsiniz?

- Vəziyyət normal deyil. Bizdə olan məlumata görə, hökumət yönümlü qəzetlərin maliyyələşməsi xeyli çətinləşib. Mətbuata istiqamətlənən qeyri-leqal pullar azalıb. Bəzi qəzetlərdə iki, bəzilərində bir aydır ki, maaş vermirlər. Bəzilərində isə əmək haqlarını azaldıblar. Mediada vəziyyət ağır olaraq qalır. Mən bunun maliyyə tərəfini deyirəm. Yaradıcılıq baxımından durum aydındır. Qəzetlərin çoxu oyuna düşüb, cinayətə bulanıb. Cinayət ondan ibarətdir ki, Media haqqında qanun, cinayət və mülkü məcəllə, eləcədə jurnalistlərin peşə kodeksi adlı sənədi pozurlar. Nəticədə insanlara yalan məlumatlar verir, onları çaşdırırlar. Bəziləri hətta qeyd edir ki, biz böhranın tez gəlməsinə və yumşalmasına köməklik göstərmişik. Bir sözlə, çoxlu media orqanı çirkli pulla maliyyələşdirilir, yalan informasiyalar paylaşırlar. Bu gün yaranan böhranda mətbuatın ciddi payı var. Məncə, bu pis reallıqdır.

- “Gündəm Xəbər” qəzetinə təzyiqlər davam edir, Şirin Cəfərlinin həbsi məsələsi var, qəzetin üzərinə 72 min manat vergi “borcu” qoyulub. Bu durumu necə dəyərləndirirsiniz?

-Hesab edirəm ki, bu yaxşı durum deyil. Hər bir jurnalistin həbsi, ona təzyiqlər olmasını mən heç vaxt qəbul etməmişəm. Bundan sonra da etmərəm. Vaxtı ilə bu məsələyə dair mövqeyimiz olub. Bu prosesi tənqid etmişik. Əgər gerçək qanun pozan axtarırlarsa, buyurub monitorinq keçirsinlər, görsünlər ki, hansı mətbuat orqanları yalan danışırlar, insanları çaşdırırlar, nə qədər böhtanlar atıblar. Odur ki, jurnalitsə və qəzetə qarşı bu tipli təzyiqləri mən sadəcə olaraq qəbul etmirəm. Hesab edirəm ki, bu proses olmamalıdır. Jurnalistlərə qarşı gedən proseslər daha çox maraqlara toxunma ilə bağlıdır. Hesab edirəm ki, jurnalistlər qruplararası mübarizədə də iştirak etməməlidir. Hər halda mən qəzetə qarşı təzyiqləri pisləyirəm. Hesab edirəm ki, medianın azad və sərbəst fəaliyyəti üçün şərait yaradılmalıdır. Onsuzda az sayda qəzetlər qalıb ki, onlar çap edilə bilirlər. Biz jurnalistlərin həbsini alqışlaya bilmərik. Onları ancaq müdafiə edirik.

HÜSEYN ABBASOĞLU

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Rusiya Qafqaza təzyiqlərini niyə artırıb?

    Rusiya Qafqaza təzyiqlərini niyə artırıb? ...

    15-07-2017, 13:16

  • 
  • “Azərbaycan Qərbin tövsiyyələrini eşidir və onunla əməkdaşlığa hazırdır”

    “Azərbaycan Qərbin tövsiyyələrini eşidir və ...

    16-08-2018, 17:08

  • 
  • Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü

    Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü ...

    25-08-2017, 20:44

  • 
  • İMMM “Gündəm xəbər” qəzetinin susdurulmasını  pisləyib

    İMMM “Gündəm xəbər” qəzetinin susdurulmasını ...

    25-05-2013, 11:57

  • 
  • Vaşinqtona Azərbaycandakı durum haqda məlumatlandırmağa gəlmişəm

    Vaşinqtona Azərbaycandakı durum haqda ...

    13-12-2017, 14:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (38)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu