İctimai Maraqların Müdafiəsi Mərkəzi İctimai Biliyi “Gündəm xəbər” qəzetinə qarşı cinayət işinin açılması, qəzetin redaktoru Şirin Cəfərlinin həbs edilməsi təhlükəsinə reaksiya verib, bu halı kəskin şəkildə pisləyib, yaranan durumu qəzetin susdurulmasına cəhd hesab edib. Mərkəz bəyan edib ki, adı çəkilən qəzet tənqidi ruhdadır, az tirajla çap olunur və ətrafında müstəqil jurnalistləri formalaşdıra bilib: “Ancaq bütün bunlara baxmayaraq “Gündəm xəbər” qəzetinin vergidən yayınması, Vergilər Nazirliyinin bununla bağlı rəy verməsi, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bu rəyi əsas götürməsi anlaşılan deyil. Həmçinin qəzet əməkdaşlarının və ayrı-ayrı ictimai-siyasi xadimlərin bu işlə bağlı dindirilməsi də anlaşılan deyil. Mərkəz elan edib ki, az tirajla çap olunan, öz xərclərini belə ödəyə bilməyən qəzetin vergidən yayınmaqda ittiham etmək əsassızdır. Eyni zamanda qəzetin təsisçisi Şirin Cəfərlinin 5 il müddətinə həbs təhlükəsi söz və mətbuat azadlığına qarşı addımdır. İMMM xüsusilə qeyd edib ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsi 2011-ci ildə Mətbuat Şurasının müraciəti əsasında Şirin Cəfərlinin işi ilə məşğul olmağa başlayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?