Dördüncü BDP heyəti ilə görüşən Abdullah Öcalan xalqı bir daha sülhə çağırdı
Türkiyənin İmralı həbsxanasında ciddi rejimli olmaqla, ömürlük həbs cəzası çəkən Abdullah Öcalan yeni bir məktubu yayımlanıb. Öcalan, "65 yaşım tamam olmaq üzrədir. Mən üzərimə düşəni etdim. Artıq vəzifə sırası xalqımızın özündədir. Onlara olan böyük hörmətimi və xidmətimi əhəmiyyətli dərəcədə tamamladığımı düşünürəm. Artıq vəzifə sizin üzərinizdədir", - deyib. Öcalan, "bunu hər kəs çox yaxşı bilməlidir ki, artıq fərqli bir həyat olacaq", - deyə əlavə edib. Məktubda daha sonra deyilir: "Dəyərli dostlar, hörmətli xalqımız, həyatı hər gün yenidən yaradan qadın yoldaşlar, ürəyində mübarizənin ən köz atəşini yaşadan gənc yoldaşlarım, sizləri salamlayıram. Əvvəlcə Amaraya gələrək ad günümü qeyd edən on minlərlə insanlara böyük təşəkkür və sonsuz sevgilərimi çatdırıram. Belə bir gündə sizlərə müjdəm budur ki, həqiqətən, şərəfli bir sülh imkanları çox artıb. Bu bizim insanlarımıza təqdim edəcəyimiz ən əhəmiyyətli şeydir. Bu günün əhəmiyyəti mənim fərdi doğumumdan başqa, bir xalqın yenidən doğulmasıdır. Sizlərin də bu cür düşündüyünüzü bilirəm. Şərəfliyəm deyən hər kəsi - varlı, kasıb, qadın, kişi, gənc, yaşlı fərq etməz, sülh müddətinə əməl etməyə və inkişaf etdirməyə çağırıram. Ümid edirəm ki, bu müddət ərzində bir damla belə qan axmayacaq. Heç kim, heç kimi incitməsin. Hər kəs eşqlə bu işə qol qoysun. Bu müddəti ortaya çıxaranlar xalqımızdır, xalqlardır. Qadınlara azad bir həyat yaratmaq üçün çalışdım və indi də bu işlə məşğul oluram. Qadınlar azad həyat imkanlarını ortaya çıxarmaq və inkişaf etdirmək mövzusunda sonsuz gücə malikdir. Mən çox yaxşıyam. Son nəfəsimə qədər də yaxşı olacağam. Bir daha hər kəsi sülhə olan etibarımla salamlayıram."
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?