Rusiyanın Sankt-Peterburq şəhərində fevralın 24-də xüsusi amansızlıqla qətlə yetirilmiş model Stefaniya Dubrovinanın qatilinin bacısı Yelizaveta olduğu sübuta yetirilib.
Milli.Az European-a istinadən bildirir ki, 17 yaşlı Stefaniya Dubrovina sosial şəbəkələrdəki profillərində, xüsusilə də İnstagram-da yarıçılpaq fotolarını həvəslə paylaşırdı. O, tanınmış model olmaq istəyirdi. Yelizaveta isə bacısı Stefaniyanın bu əməllərini biabırçılıq sayırdı. Fevralın 24-də isə o, kiçik bacısını qonaq getdikləri mənzildə vurub yerə yıxıb, sonra mətbəxdən götürdüyü bıçaqla Stefaniyaya 140 dəfə zərbə endirib. Bununla da ürəyi soyumayan Yelizaveta bacısının gözlərini ovaraq çıxarıb, qulaqlarını kəsib. Polisdən verilən məlumata görə, hadisə Yelizaveta və Stefaniyanın içib sərxoş olmalarından sonra baş verib. 19 yaşlı Yelizaveta Dubrovinanın psixi sapıntılara məruz insan olduğu da vurğulanıb. Bacılar 42 yaşlı kişinin evində qonaq olanda faciə yaşanıb. Ev sahibinin fotoqraf olduğu da müəyyənləşdirilib. O da məlum olub ki, Stefaniya 5 yaşında olanda valideynləri onu uşaq evinə veriblər. Uşaq evində qalmaq istəməyən Stefaniya oradan dəfələrlə qaçmış, küçələrdə yaşamışdı. Daha sonra valideynləri onu ailəyə qaytarsalar da, Stefaniya ata-anasını sevmirdi.
Sorğu
Yeni dizaynımız necədir?