Bakının Nəsimi rayonunda tükürpədici hadisə baş verib. Oğul yaşlı atasının gözlərini çıxardaraq onu həyat işığından məhrum edib. Hadisə rayonun Hüseynbala Əliyev küçəsi 5, mənzil 97 üvanında baş verib. Hadisəyə səbəb tərəflər arasında yarana mübahisə olub. 44 yaşlı İlqar Hüseynov mübahisə zəmnində 68 yaşlı atası İmran Hüseynovun gözünü çıxarıb. Yaşlı kişi dərhal Zərifə Əliyeva adına göz xəstəxanasına çatdırılıb. Məlumata görə, Hüseynovlar ailəsi hadisə ilə bağlı şikayətçi olmadığından faktı polislərdən gizlətməyə çalışıblar. Bundan xəbər tutan Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsinin əməkdaşları hadisə yerinə gəliblər. Ailə üzvləri yaşlı kişinin ehtiyatsızlıq səbəbindən özü-özünə xəsarət yetirdiyi bildirsələr də, polisləri buna inandırmaq mümkün olmayıb.
Zərərçəkən İmran Hüseynov isə xəstəxanının reanimasiya şöbəsində olduğundan polislər hələ ki, onun ifadəsini ala bilməyiblər.
Faktla bağlı Nəsimi rayon polis idarəsində başlanan araşdırmalar davam etdirilir. Araşdırmalardan sonra isə atasının gözlərinə əl uzatdığı iddia edilən İlqar Hüseynovun etdiyi əmələ hüquqi qiymət veriləcək.
Nəsimi rayon polis idarəsindən verilən məlumata görə isə, hadisəni törətməkdə şübhəli bilinən İlqar Hüseynov narkotik maddələr aludəçisidir və onun atası ilə məhz bu səbəbdən mübahisə etdiyi ehtimal olunur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?