Bu gün Təzəpir məscidində xalq artisti İlhamə Quliyevanın ilk cümə axşamı mərasimi keçirilib. Qafqazinfo-nun məlumatına görə, yas mərasimi mətbuata qapalı keçirilib.
Mühafizəçilər jurnalistlərin girişinə xalq artistinin oğlu Orxan tərəfindən qadağa qoyulduğunu bildiriblər.
Orxan Nadirov isə açıqlamasında belə deyib:
"Mətbuat İlhamə xanımın vida və üç mərasimlərini yayımlayıb. Bu qədər kifayətdir. Bu toy deyil ki, hər dəfə mətbuat gəlib çəkiliş etsin. Cümə axşamı mətbuata qapalıdır".
Xalq artisinin qohumu Əli Mirəliyev də yas mərasiminin qapalı keçirilməsi ilə bağlı açıqlama verib:
"Qapalı olmalıdır da... Mətbuat ailəni bir-birinə vurdu".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?