Daxili İşlər Nazirliyi (DİN) Lerik rayonunda məktəb direktorunun qonşusunu bıçaqlaması və intihar etməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
gundemxeber.az report-a istinadən bildirir ki, nazirliyin məlumatında bildirilib ki, martın 2-də saat 05 radələrində Lerik rayonunun Veri Əliabad kəndində kənd sakini Adil Rəhimov (o, kənd orta məktəbinin direktorudur) aralarında olan münaqişə ilə əlaqədar həmkəndlisi Seyid Qurbanovun yaşadığı evə gəlib tüfəngdən onun istiqamətində 1 dəfə atəş açıb (güllə S.Qurbanova dəyməyib), bıçaqla ona və onun arvadı Sevdaya xəsarət yetirib hadisə yerini tərk edib. O, kəndin qəbristanlığına gedərək həmin tüfəngindən açdığı atəşlə özünü öldürüb. Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən 16 kalibrli lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd qumbara və 1 ədəd mətbəx bıçağı götürülüb. S.Qurbanov xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?