Xaçmazda iki nəfər güllələnib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə. oktyabrın 3-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində kənd sakini 60 yaşlı Gülbala Məmmədseyidov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi 61 yaşlı Abdulağa Mehrəliyevə xəsarət yetirib, sonra “VAZ-21011” markalı avtomobili ilə özünə məxsus bağ sahəsinə gedib, orada avtomobili yandırıb və tüfəngdən açdığı atəşlə özünə də xəsarət yetirib.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır. Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən “İJ-16” markalı tüfəng götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?