"Geyim tərzimə, hətta saçlarıma belə sadiqəm. Dəb dəyişir, ayaqlaşmaq lazımdır. Bu dəbdən nəyisə götürüb, öz stilimdə qalmağı xoşlayıram".
gundemxeber.az axşam.az-a istinadən bildirir ki, bu sözləri xalq artisti Zülfiyyə Xanbabayeva "Hər şey daxil" verilişinə açıqlamasında deyib. Müğənni hər zaman qara geyinməsindən bəhs edib:
"Modadan geri qalmaq lazım deyil. Onu özümünkünə qatıb, stilimdə qalmaq şərtiylə edirəm. Stilistlərlə çalışmıram. Qara məni arıq göstərir. Onun bir əzəməti, özünəməxsus yeri var. Rənglərin şahı qaradır. Bundan arıq olanda da qaradan çıxa bilmirdim. Fikirləşirəm ki, insanda zövq vacibdir. Bir insanın zövqü varsa, neçəyə paltar alsa da, yaraşdıra biləcək. Brend olub-olmamasının əhəmiyyəti yoxdur. Arıq insanlara nə geyinsələr, yaraşır. Mən arıq deyiləm. Görün arıq olsam, nələr edərəm. İnsan özünə yaraşanı geyinməlidir. Bu brend də ola bilər, ucuz da. İnsan geyimi gözəlləşdirməlidir, geyim insanı yox".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?