Aparıcı İlkin Həsəni şəxsi həyatına müdaxilə edən insanlardan təngə gəlib. gundemxeber.az big.az-a istinadən bildirir ki, açıqlama verən aparıcı bu barədə belə qeyd edib:
"Nişanlanmaq xəbərim doğru deyil. Kimsə oradan-buradan eşidir, əsassız yazır. Sonra soruşanda deyir ki, etibarlı mənbədən əldə etdiyimiz məlumata əsasən belə yazmışıq. Etibarlı mənbə mən özüm və məni tapmaq elə də çətin iş deyil. 24 saat harada olsam da telefonum açıqdır. Sevdiyim xanım var. Tezliklə nişan olacaq".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?