Aparıcı Sərxan Kərəmoğlu yeni çəkilən filmlərin qala-gecələrinə dəvət olunmamasından gileylənib.
gundemxeber.az axşam.az-a açıqlama verən aparıcı İlkin Həsəni, Elşən Orucov, Fərda Xudaverdiyev və başqalarına səslənib.
O, tanınmışları "qorxaq" adlandırıb:
"2004-cü ildə ilk özəl filmi mən Etibar Babayevin dəstəyi ilə çəkdim. "Adam ol" filminin tək reklamına 80 min dollar pul verilmişdi. Özəl təyyarə belə kirayə götürülmüşdü. Çox da bəyənildi. Daha sonra çəkdiyim "Adam ol 2" də onun 70 faizi qədər sevildi.
İndi çəkilən filmlərdən "Bozbash pictures"in, İlham Qasımovun işlərini bəyənirəm. Film çəkən gündəmi tutmalıdır. Əlimdə elə bir ssenari var ki, indi də, 5 ildən sonra da çəksəm, partlayacaq. Hələ gözləyirəm. İndikilər çox çalışırlar, alınır da. Amma tükənəcəklər.
Harada olsam, aparıcılar mənə hörmətlə yanaşırlar. Amma unutmasınlar ki, özəl film çəkməyin bünövrəsini Sərxan qoyub. Bu gün onlar məni qalaya çağırmırlar. Bilirlər ki, Sərxan gedib baxandan sonra düzü nədirsə deyəcək. Ay İlkin Həsəni, Elşən, Fərda, niyə Sərxana bir dəvətnamə göndərmirsiniz? Bu, qorxudur, yoxsa paxıllıqdır? Hələ buna cavab tapa bilmirəm".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?