Müğənni Roza Zərgərli ölkə.az-ın suallarını cavablandırıb.
- Roza xanım, teleaparıcılıq, müğənnilik, rejissorluq, arabir də aktrisalıq... Daha çox hansı?
- Rejissorluq.
- Sizi Azərbaycan səhnəsinin ən böyük (fiziki mənada) xanım sənətçisi saya bilərikmi, yoxsa sizdən də böyüklər var?
- Fiziki mənada məndən də böyükləri var, amma...
- Amma nə?
- Məryəm Süleymanova və İlhamə Qasımova məndən 2-3 santimetr hündürdürlər. Amma mənim öz yerim var. Hamı bir-birindən fərqlənir.
- Boyunuz?
- 175 santimetr.
- Boy-buxun, fiziki göstəricilər, baxımlılıq... Amma niyə Roza Zərgərli Azərbaycanın seks-simvolu hesab edilmir? Çatışmayan nədir?
- Onu mən bilmərəm. Çatışmayan odur ki, o adı mən özüm istəmirəm və özümə yaraşdırmıram. Çünki övladlarım var.
- Bəs övladlar olmasaydı?
- Biz başqa cəmiyyətdə yaşayırıq. Burada insanlar bir-birinə qarşı aqressivdirlər. Addımlarında diqqətli olmağa məhkumsan.
- Fəal sosial şəbəkə istifadəçisisiniz. Hətta bəzən gecə 3, 4 radələrində də sizi sosial şəbəkədə "tapmaq" mümkündür...
- Çünki sosial şəbəkələrdə mənim internet piarımla məşğul olan insanlar var və bir çox hallarda onlar mənim haqqımda məlumatları yerləşdirirlər. Bəzən gələn mesajların sayı çox olduğundan onlar idarə edib, cavablandırırlar. Eyni zamanda məni də yazılanlar haqda xəbərdar edirlər.
- Deyəsən, at sürməyi də çox xoşlayırsınız...
- Mən atla bağlı idman növlərini sevdiyim üçün tez-tez Bakı Cıdır Meydanında oluram.
- Bildiyimə görə, bir zamanlar fiqurlu konkisürmə ilə məşğul olmusunuz. İndiki durumunuz həmin idman növü ilə məşğul olmağa imkan verirmi?
- Qəlbən xəyallarımda, hətta yuxularımda görürəm ki, mən buz meydançasının üzərindəyəm. Amma fiziki baxımdan bu, çətindir, ayağımda zədə var. Bu zədə mənə buz meydançasından yadigar qalıb. Ona görə də fiqurlu konkisürmə ilə məşğul olmuram.
- "Bakı vaxtı ilə" verilişi yenidən yayımını bərpa etdi. ATV ilə bağlı nə problem yarandı ki, veriliş İTV-yə transfer olundu?
- Verilişimiz dövlət sifarişi ilə İctimai kanala dəvət aldı və artıq ikinci mövsümdür ki, burada yayımlanır. Buna da təəssüflənmirəm. Çünki İctimai televiziyada əsl sənətin və sənətkarın dəyəri üstündür.
- Məncə, yaradıcılıqla bağlı bu qədər bəs edər. İndi isə şəxsi adlandırdığımız suallara keçid alaq. Sizcə, sənət adamlarının şəxsi həyatı niyə bu qədər təzadlıdır?
- Təzadı sənət adamlarının özləri yaradırlar.
- Hansı formada?
- Bu, xarakter məsələsidir. Eyni problemlər bütün peşə sahiblərində var. Sadəcə, biz göz önündəyik. Ailəm dağılacaqsa, yaxud qalacaqsa bu, məndən asılıdır. Bəzən həyat yoldaşım mənə də qadağalar qoyur və onun dedikləriylə razılaşıram.
- Sənət adamlarının adətən rəsmi nikahları olmur. Bu kimi münasibətlər haqda isə adətən "filankəsi filankəs saxlayır" kimi rişxəndlər edilir. Bu sizi narahat etmir ki?
- Filankəslərin öz şəxsi işidir. Kiminsə şəxsi həyatını müzakirə edəcək iqtidarda deyiləm. Rəsmi nikahım var.
- Nəyə görə Roza Zərgərlinin geyimləri, zahiri görünüşü, şəxsi həyatı daha çox maraqlıdır?
- Belə düşünmürəm. Çünki əlli-əlliyədir. İnsanı bizim cəmiyyətdə geyimlə qarşılayıb, ağıl və sənətlə yola salıblar. İllər keçdikdən sonra isə elə sənət öz sözünü deyir.
- Məgər siz sənətkar olacağınızı düşünürsünüz?
- Məgər sənin buna şübhən var? Mən yaşda olan insanlar mənim qədər iş görməyiblər. Bu dəqiqə kim reklam işləməz? Kim özünə yaxın estrada tipli veriliş açmaz? Amma mən unudulmuş sənət adamlarımızı yada salıram. Populyarlıqdan imtina edib, "Bakı vaxtı ilə" verilişində keçmişimizi, unudulmuş sənətkarlarımızı xatırlayıram.
- Sizcə, Roza Zərgərli olmasa, Azərbaycan səhnəsi nəsə itirərmi?
- (gülür) Onu mən izah etməməliyəm, tamaşaçılar deyə bilərlər. Amma tamaşaçı kimi öz işlərimə kənardan baxıb fikrimi deyə bilərəm. Son işlərimə nəzər salsaq, məsələn, "Bakı vaxtı ilə" verilişi, məncə, tamaşaçıların yadında qaldı.
- Belə bir deyim var ki, sənətində ya ilklərdən ol, ya da heç olma. Sizcə, məşğul olduğunuz bunca sahələrdən (aktrisalıq, aparıcılıq, müğənnilik, rejissorluq) hansındasa ilklərdənsinizmi?
- Ümumiyyətlə, mənim qəlbim rejissor qəlbidir, zahirim aktrisadır, nəfəsim ifaçıdır, beynim prodüserdir, ruhum, əlim isə yazardır. Çünki mən sənətə jurnalist kimi gəlmişəm, sonradan prodüser layihələrim olub. İfaçılığa isə prodüserlikdən gəlmişəm. Efirə ilk dəfə aktrisa kimi çıxmışam. Bunlardan mənimçün hansının daha önəmli olduğunu deyə bilmərəm. Çünki başlanğıcda uğurlu olmayan işi davam etdirmirəm. Müğənni kimi çox ilklərə imza atmışam. Yaxın zamanlarda yazıçı kimi ilk işimi təqdim edəcəyəm. Əgər o kitabı oxusanız, daha ətraflı biləcəksiniz. Çünki kitab bioqrafik romandır.
- İndi isə daha çox cəsarət tələb edən cavablar gözləyirəm. İntim sözü sizin üçün nə deməkdir?
- Təəssüf ki, bu gün intim sözünün altında bir neçə məna yatır. Onların izahını versəm, çox oxucular tamam başqa şeylər düşünəcəklər. İntim hər insanın şəxsi olan nöqtəsidir. İntiqam, sualın altından elə çıxdım ki, bu cavabımdan məqaləyə başlıq çıxmayacaq (gülür).
- Sizcə, bir qadının gözəl olması üçün nələr (zahiri mənada) yerində olmalıdır?
- Baxımlılıq və onun daxilində olan səliqəsi.
- Mənə görə, Roza Zərgərli gözəl yox, amma cazibədar xanımdır. Sizcə, çoxları kimi düşünürəm, yoxsa az adam belə düşünür?
- Yüz faizdən otuzu deyir cazibədardır, otuz faiz gözəl olduğumu düşünür, otuz faiz səmimiyyətimə inanır, 10 faiz də susur. İndi mən bilmirəm, kimə inanım (gülür). Ona görə bu suala tam cavab verə bilməyəcəm.
- Sosial şəbəkələrdə aldığınız ən maraqlı eşq etirafı necə olub?
- Gün ərzində sosial şəbəkədə bir neçə dəfə eşq etirafı alıram. Yumor hissinə sahib olduğumdan buna normal yanaşıram və hər biri mənim üçün maraqlıdır. "Sən mənimsən" yazanı var, şəklimi öz fotolarıyla montaj edib mənə göndərənlər var. Hətta fanatım var ki, iş otağı ancaq mənim fotolarımdır.
- Sizə görə, şəxsi münasibətlərdə yaş amili nə dərəcədə önəmlidir? Məsələn, 10-15 yaş böyük, yaxud kiçik olmaq mümkündürmü?
- Qadınla kişi münasibətində kişi qadından böyük ola bilər. Amma on yaşdan çox olmamaq şərtilə. Çünki çox yaş fərqi insanların dünya görüşünə, fikirlərinə təsir edir və ortada fərq yaradır. Qadın isə kişidən 2-3 yaş böyük ola bilər. Bundan artıq fərq olsa, qeyri-normal baxıram.
-15 yaş böyüklə ailə qurardınızmı?
- Yox, bu, psixi pozuntudur. Camaat 16-17 yaşında ailə qurur. Deməli, 15 yaş fərqin olması da münasibətlərdə natarazlıq yaradacaq.
-Və son olaraq. Roza Zərgərlinin qadın kimi özəlliyi nədir? Məsələn, sizə görə, zahiri görkəminizdə ən çox diqqət çəkən (sifət cizgiləri və bədən quruluşu daxil olmaqla) nədir?
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?