GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kolbasaların keyfiyyətindən necə əmin olaq?

Kolbasaların keyfiyyətindən necə əmin olaq?

Tarix: 4-03-2016, 15:41 Bölmə :Ölkə Baxış: 0
Kolbasaların keyfiyyətindən necə əmin olaq?

Kolbasalar haqqında onların qiymətindən daha çox müzakirə olunan məsələ bu məhsulun keyfiyyəti, tərkibi, donuz piyinin olub-olmamağı və s. detallardır. Deyilənlər müxtəlif olsa da, onların hamısını birləşdirən bir şey var: o da içərisində ətin olmamasıdır. Ən çox səslənən fikirlərdən biri də budur ki, "sovetin vaxtında" olan kolbasalar indi yoxdur. İllər insanların kolbasaya münasibətini dəyişməsə də, əvəzində kolbasa özü bir xeyli dəyişib.

Normativlərə görə, ən bahalı - bişmiş kolbasanın tərkibi tamamilə ətdən ibarət olmalıdır. Birinci sort kolbasanın tərkibində ətin miqdarı 70%-dən az olmamalıdır.

İkinci növ kolbasada isə ət 60%, digər inqridientlər 40% olmalıdır. Sümüksüz ətin kiloqramının 10 manat olduğunu nəzərə alsaq, belə çıxır ki, kolbasanın hər kilosuna təkcə 6 manatlıq ət işlənir. Kolbasanın tərkibinə daxil olan digər maddələri də bir manatdan hesablasaq, hazırlanma, daşınma xərcləri və sair də daxil ikinci növ kolbasanın kiloqramı minimum 8 manat olmalıdır. Amma mağazalarda minimum qiymət heç də belə deyil. Kolbasa ilə bağlı insanları ən çox düşündürən suallardan biri də budur ki, ölkəmizdə, həqiqətən də, Rusiya istehsalı olan kolbasalar satılırmı?

Hazırda mağazalarda Rusiya istehsalı kimi satılan kolbasaların əksəriyyətinin, əslində, yerli sexlərin məhsulu olduğu iddia olunur. Dövlət Statistika Komitəsi bildirib ki, ötən il ərzində Rusiyadan Azərbaycana 399,1 ton ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar və analoji məhsullar idxal olunub. 2015-ci il ərzində ölkədəki kolbasa istehsalı isə 4970,2 ton olub.

Mütəxəssislər deyir ki, məhsulun hansı ölkəyə aid olduğunu onun üzərindəki ştrix-kodun ilk 3 rəqəmi ilə müəyyən etmək olar. Hər ölkənin də özünəməxsus ştrix-kodu var.

Məsələn, Rusiya istehsalı olan məhsulların üzərində 460-469 arası rəqəmlər qeyd olunur. Virtualaz.org-un araşdırmasına görə, Rusiya istehsalı adı ilə satılan kolbasaların çoxunun üzərində heç istehsal olunduğu ölkəyə aid ştrix-kod da yoxdur. Mağazalarda ən çox "Tsaritsıno" , "Çerkizovskiy" və "Rublyovski" kolbasalarının müxtəlif növlərinə rast gəlinir. Bu kolbasaların, həqiqətən, Rusiyadan idxal olunduğuna şübhə yaradan bir məqam da odur ki, həmin brendlərin nişanı ilə Azərbaycanda hazırlandığının aşkarlanmasıdır.

Belə ki, bir neçə il əvvəl İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Abşeron-2000″ firmasının bu işlə məşğul olduğunu ortaya çıxarıb. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da təsdiqləyir ki, hər hansı məhsul xarici ölkə ştrix-kodu ilə Azərbaycanda istehsal olunub satıla bilər. O bildirib ki, əgər sahibkar kolbasa istehsal edən şirkətin brendindən istifadə edirsə, onların arasında müqavilə bağlanmalıdır: "Əgər müqavilə bağlanıbsa, həmin brenddən istifadə edə, onların standartlarına uyğun məhsul istehsal edə bilərlər. Elə şirkətlər var ki, məsələn, "Coca-Cola", "Pepsi" və s. dünyanın bütün ölkələrində istehsal olunur. Onlar xammalın bir hissəsini ölkələr daxilində əldə edirlər. Məsələn, Moskvada istehsal olunan məhsulun xammalını gedib oradan gətirmək lazım deyil. Amma müqavilə yoxdursa, bu, artıq saxta hesab olunur".

Göründüyü kimi, xarici ölkə barkodunu asanlıqla istifadə edərək yerli kolbasanı Rusiya istehsalı kimi satmaq mümkündür.

Milli.Az bildirir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun dediyinə görə, məhsulun üzərindəki ştrix-kodun onun keyfiyyətinə heç bir aidiyyəti yoxdur: "Keçən ilin sonunda Standartlaşdırma, Metereologiya və Patent üzrə Dövlət Komitəsində istehlakçılar üçün məlumat standartları qəbul olundu. Həmin qaydalara görə, məhsulun üzərində mütləq və mütləq onun istehsal olunduğu ölkənin adı, həmin ölkəyə məxsus ştrix-kod yazılmalıdır. Əks halda istehsalçılar məsuliyyətə cəlb oluna bilər. Buna baxmayaraq ştrix kod məhsulun keyfiyyətinə zəmanət deyil. Bu, sadəcə, malın satışı üçün lazımdır".

Ekspert onu əlavə edib ki, məhsulların üzərindəki ştrix-kodlar hətta saxtalaşdırıla da bilərlər: "Azərbaycanda da saxtalaşdırılmış ştrix-kodlar var. Hətta bir neçə il əvvəl ölkədə satılan xardalın üzərinə ştrix-kod yerinə telefon nömrəsi yazılmışdı. Ölkədə ştrix-kod verilməsi ilə məşğul olan idarə var, onunla şirkət arasında müqavilə bağlanır, müqavilə vaxtı bitdikdən sonra belə bəzi şirkətlər ştrix-koddan istifadə etməyə davam edir".

E.Hüseynov hesab edir ki, Azərbaycana Rusiyadan, ümumiyyətlə, kolbasa idxal edilməməsi ilə bağlı fikirlər yanlışdır. Qanunvericiliyə görə, xaricdən gətirilən məhsulun üzərində Azərbaycan dilində məlumat olmalıdır. Yəni məhsulun üzərində Azərbaycan dilində məlumatın olması onun Azərbaycanda istehsal olunduğunu göstərmir. Mütəxəssislərin də fikirlərindən belə nəticəyə gəlmək olur ki, istehlakçının aldığı kolbasanın keyfiyyətinə yüz faiz əmin olmağı qəliz məsələdir. Belə ki, alıcı satın aldığı kolbasanın üzərində xarici ölkə ştrix-kodunu görsə belə, onun keyfiyyətinə, həqiqətən, həmin ölkədən idxal olunduğuna əmin ola bilməz. Eləcə də üzərində Azərbaycan dilində yazının olması onun yerli istehsal və ya keyfiyyətsiz məhsul olması demək deyil.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Yediyimiz kolbasalar necə hazırlanır? - ARAŞDIRMA

    Yediyimiz kolbasalar necə hazırlanır? - ARAŞDIRMA ...

    28-06-2017, 22:25

  • 
  • Yediyimiz zəhərli kolbasalar

    Yediyimiz zəhərli kolbasalar ...

    21-06-2017, 20:25

  • 
  • Kolbasalar haqqında dəhşətli faktlar... - VİDEO

    Kolbasalar haqqında dəhşətli faktlar... - VİDEO ...

    28-02-2024, 12:14

  • 
  • Üzərinə "halal" yazılan kolbasanın içindən çıxanı görüb şok oldu - FOTO

    Üzərinə "halal" yazılan kolbasanın ...

    29-07-2019, 12:00

  • 
  • Xaricdən 5 manata gətirilən kolbasalar marketlərdə 20 manatdan baha satılır

    Xaricdən 5 manata gətirilən kolbasalar ...

    20-06-2024, 15:20


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu