Bu gün Azərbaycanda xərçəngdən tutmuş imunitet çatışmamazlığına qədər müxtəlif xəstəliklər ən geniş şəkildə yayılıb. Xəstəliklərin bu qədər genişlənməsinin başlıca səbəblərindən biri də yediyimiz qidaların keyfiyyətsiz olmasıdır. İndi isə diqqəti demək olar ki, hər gün istifadə etdiyimiz kolbasalara yönəltmək istəyirik. Düzdür, hətta kolbasadan istifadə edən zaman bunun nə qədər keyfiyyətsiz olduğunu bilirik. Amma ət məhsullarının içərisində ən ucuzu kolbasa olduğu üçün məcburuq ki, bundan istifadə edək. Maraqlıdır, bəs kolbasaların keyfiyyətsiz olmasının səbəbləri nədir? Yəqin ki, əksəriyyətiniz hələ də bilmirsiniz ki, Azərbaycanda istehsal olunan əksər kolbasaların tərkibinə karton kağızı qatılır. Bəzən zibilxanalarda karton yığanları yəqin ki, görübsünüz. Bax bu kartonlar kolbasaya qatılmaq üçün vurulur. Buna görə də Bakıda hazırlanan kolbasaların dadı tam fərqli olur. Bununla yanaşı kolbasalara donuz əti də qatılır. Daha doğrusu satılması mümkün olmayan donuz bağırsaqları, bağırsağın üzərində ki, piy qatları kolbasa istehsalında geniş istifadə edilir. Nəhayət, kolbasaların hazırlanmasında yararsız ətlərdən də maksimum dərəcə də istifadə edilir. Bir neçə il öncəyə qədər Gəncədə gizli fəaliyyət göstərən xüsusi bazalar var idi ki, yararsız ətlər həmən bazalara təhvil verilirdi və daha sonra bu ətlər Bakıya gətirilərək kolbasa istehsalında istifadə olunurdu. Bu gün də yararsız ətlərin Bakıya gətirilməsi prosesi davam edir. Beləliklə yediyimiz kolbasanın tərkibi ilə tanış oldunuz. Növbəti sayımızda faktlarla geniş reportajı izləyin.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?