Lənkəran şəhərində quldurluq edən şəxslərdən biri tutulub, digərinin isə kimliyi müəyyən olunub.
Martın 1-də şəhər sakini Elvin Vəlibəyovun 165 manat pulu və mobil telefonu əlindən alınıb. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Vəlibəyova qarşı quldurluq edən şəxslərdən biri - Orxan Məmmədov tutulub, digərinin isə şəxsiyyəti müəyyən edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?