Milli.Az bildirir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, naməlum şəxs rayonun Şilavar kənd sakini, 1965-ci il təvəllüdlü Ayaz Ağayevi evini yandıracaqları və qohumlarını öldürəcəkləri ilə hədələyərək ondan 340 manat pul alıb və əlavə olaraq 500 manat tələb edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin Şilavar kənd sakini, 1982-ci il təvəllüdlü Əhməd Hüseynov olduğu müəyyən edilib və o, saxlanılıb. Ə. Hüseynovun yaşadığı evə baxış zamanı 1 ədəd müvafiq sənədləri olmayan tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?