GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Boynuma alıram ki, xəyanət etmişəm"

"Boynuma alıram ki, xəyanət etmişəm"

Tarix: 5-03-2016, 13:03 Bölmə :Ölkə Baxış: 0
 "Boynuma alıram ki, xəyanət etmişəm"

gundemxeber.az teleaparıcı Ulvira Qarayevanın aznews.az-a müsahibəsini təqdim edir.

- Ulvira xanım, yadınızdadır, 3 il əvvəl sizdən müsahibə almışdım.

- Hə... (gülür)

- Birinci sual belə idi ki, niyə bu qədər kompleksizsiniz, elə bil dünya vecinizə deyil...

- Doğrudan bivec görünürəm?

- Elə təəssürat yaradırsınız, özünüz hiss eləmirsiniz ki?

- Hə, sən axı məni canlı görmüsən...

- Heç ağlaya bilirsiniz?

- Arada ağlayıram, tez-tez kövrəlirəm. Onda ürəyim yumşalır, pilə kimi olur, təzələnirəm.

- Sizi nə kövrəldir?

- Çox boş şeylərə doluxsunuram.

- Heç olub ki, kimdənsə ötrü ağlamısınız, üstündən zaman keçəndən sonra özünüzə gülmüsünüz ki, gör kimə görə ağlamışam...

- Düzünü deyim ki, yox, gülməyim gəlməyib, amma o hisslərimə şirin-şirin gülümsəmişəm, demişəm nə yaxşı ki, olub. Hər adam ağlada bilmir axı.

- Naz eləməyi xoşlayırsınız?

- Naz eləmək üçün o adamı gərək nə qədər istəyəm!

- Soruşmaq ayıb olmasın, hazırda nazınızı kim çəkir?

- Axı yoxdur, kimi deyim?! (gülür)

- Ulvira xanım, deyirlər, qadının gücü göz yaşındadır. Göz yaşı qadının əsas silahıdır...

- Kim elə şey deyib?! Göz yaşı güc deyil, qadının əl atdığı son silahdır.

- Heç göz yaşından son silah kimi istifadə eləmisiniz?

- Təbii...

- Heç olmasa güllə hədəfə dəyibmi?

- Qırğını gözündən vurmuşam (gülür).

- Görəsən, bir qadının axıra kimi tək yaşaması mümkündürmü?

- Axıra kimi deyəndə nəyi nəzərdə tutursan ki?

- Yəni üzü qoz ləpəsinə oxşayana kimi...

- Ən önəmlisi odur ki, üzü qoz ləpəsinə oxşayanda yanında üzünə baxa biləcək ürəkli bir kişi olsun. Qadın tək qalmamalıdır. Qala bilməz, heç ixtiyarı da yoxdur.

- Keçən dəfə demişdiniz ki, ideal kişi yoxdur...

- Hə, doğrudan, elədir...

- Bəs gənc qızlara nə məsləhət görürürsünüz, onlar ağıllı kişiləri sevib dəli eləsinlər, yoxsa dəli kişiləri sevib ağıllandırsınlar?

- Mən kimlərəsə məsləhət görmək durumunda deyiləm. Çünki gənc qızlar çox ağıllıdılar, özləri seçə bilirlər.

- Yeri gəlmişkən, "Təhminə"dəki Təhminə cəmiyyətin qəbul eləmədiyi qadın idi, yəni o, cəmiyyətdə mövcud olmayan bir mərtəbə sayılırdı. Sizin Təhminələrə münasibətiniz necədir?

- O Təhminə çoxdan keçmişdə qalıb, indi yeni Təhminələr var. Təhminələr yenilikçi qadınlardır, sabaha aparan qadınlardır. Qadının funksiyası elə budur.

- Nə?

- Sabaha aparmaq.

- Deyirlər, gözəllik ondur, doqquzu dondur. Görəsən, sizin gözəlliyinizin neçəsi dondur?

- Məncə, əlli əlliyədir...

- Demişdiniz ki, vəhşi kişilərdən xoşum gəlir... Yenə?

- Həmişə...

- Məsələn, bir vəhşi kişi obrazı deyin, söhbətin, əslində, nədən getdiyini anlayaq.

- Keçən dəfə səninlə müsahibədə deyəndə ki, vəhşi kişilərdən xoşum gəlir, insanın həyatı dopdolu yaşamağını nəzərdə tuturdum. Doymadan, dolu-dolu yaşamaq gözəldir. Hər şeydən - işindən, dostlarından, əyləncədən, istirahətdən, pul qazanmaqdan, xərcləməkdən, ailəsindən zövq almağı bacaran kişilərdən söhbət gedir. Zövq önəmli nöqtədir.

- Nümunə...

- Vallah, konkret nümunə yoxdur...

- Tanınmış qadın olmağın ziyanı çoxdur, yoxsa xeyiri?

- Tanınmış olmaq, sadəcə, mənim işimin digər üzüdür, vəssalam. Bu, nə yaxşıdır, nə də pis, sadəcə belədir.

- Ulvira xanım, sizcə, Azərbaycanda niyə adam kimi boşanmaq olmur? Dostcasına, mehriban...

- Emosional xalqıq, böyük əksəriyyət üçün də boşanma yeni mövzudur, bir çoxununsa nəslində ilkdir. Boşanmalar çoxalıb, adi hala dönsə, soyuqqanlılıqla yanaşarıq.

- Adamlara boşanmağı məsləhət görürsünüz?

- Bəzən boşanmaq sağ qalma deməkdir, həyata qayıtmaq deməkdir, bəzən isə illərlə depressiya yaşadan səbəb. Əsas odur, yaşanan bütün dəliliklər, stresslər, sevgilər, gözyaşları adamı içdən sındırmasın. Həyatda hər şeydən önəmli sağ qalmaqdır.

- Dostoyevskinin bir fikri var: "Əzizim, mən sənə fikrimdə də xəyanət eləməmişəm". Sizcə, kişinin və yaxud qadının fikrən də olsa, xəyanət etməməsi mümkündür?

- Yox! İnsan poliqamdır.

- Siz necə, xəyanət etmisinizmi?

- Qızımla mən çoxlu-çoxlu danışırıq. Bir dəfə düşündüm ki, ən əsas şeyi ona deməmişəm. Bəzən cəmiyyətin təsirindən, yaxud da öz xeyrini güdərək, yaxud da bir fərdin təsirindən istəmədiyin, sənə təbiətən yad olan, amma həmin anda istəyirəm dediyin bir hərəkət eləyirsən, amma rahat olmursan. Eləyə-eləyə sevinirsən də bəlkə, amma elə bil daxildən nəsə qurcuxur, kimsə içində sifət turşudur. Bax, daxili səsindir bu. Onu adam yerinə qoymaq vacibdir, o, səhv eləməyə imkan vermir, sadəcə gərək səsini basdırmayasan, eşidəsən və dinləyəsən. Bunu dedim qızıma, vaxtaşırı da yadına salıram. Mən bütün səhvlərimi o səsi basdıranda eləmişəm. Etiraf edirəm ki, o səsi basdıranda özümə xəyanət eləmişəm.

- İstərdiniz qızınız da özünüz kimi olsun? Xarakter, düşüncə, həyat tərzi...

- Mənim kimi ola bilməz...

- Niyə ki?

- Çünki onun materialı çox daha incə naxışlıdır, yenidir, möhkəmdir. Qızım yeni insandır. Mən, sadəcə, onun uçuş zolağıyam, mənə söykənib, qanadlanır.

- Deyəsən, sizi yaşadan, həyatı gözünüzdə əhəmiyyətli eləyən elə qızınızdır...

- Ailəm 3 nəfərdən ibarətdir: anam, qızım və mən. Ailəm həyatımı əhəmiyyətli edir, işim də maraqlır...

- Qızınızı hansı sənət sahibi kimi görmək istəyirsiniz?

- Mən istəyirəm həkim olsun, özü də bunu istəyir. Cəmiyyət üçün ən dəyərli peşələrdən biri həkimlikdir, həkim vazkeçilməzdir.

- Adətən, xanımlar bəzək əşyalarının vurğunu olurlar. Heç qiymətli əşyalarla sınağa çəkilmisiniz?

- Mənə qiymətli əşyalar verən olub, amma bu, sınaq deyildi.

- ANS-də işləyirsiniz. Amma şirkətin bəzi işçiləri kimi sosial şəbəkələrdə, mətbuatda canfəşanlıqla iş yerinizi müdafiə eləmirsiniz... Bu, düşünülmüşdür?

- ANS-ə nə olub ki, mən onun mövqeyini müdafiə edim? Maşallahımız var, yaxşı layihələr işləyirik. ANS-in mənim müdafiəmə ehtiyacı yoxdur, məndən tələb etdiyi yeganə şey keyfiyyətli işdir, vəssalam.

- ANS-ə heç nə olmayıb. Sadəcə, bir ara müəyyən problemlər yaşadı, bu ərəfədə gedən söz-söhbətləri nəzərdə tuturam.

- Biz problemlərə alışmışıq. ANS döyüş şəraitində yaranıb, ölkənin çətin vaxtlarında xəbər uğrunda savaş verib. ANS-in mənə ehtiyacı olanda, yanında olmuşam. Bu, göstəriş üçün deyil, şirkətin daxilidir. Mənim kimi çox ANS əməkdaşı problem olanda səssiz-səmirsiz şirkətinin yanında olub, onların heç adını da bilmirlər, onlar efirdə görünmür, texniki işçisi, xadiməsi, arxiv işçisi, operatoru gecə vaxtı evindən çıxıb gəlib işə. Heç hara da səs-küy salmayıblar, statuslar paylaşmayıblar, bu barədə müsahibə verməyiblər. Sadəcə, yerlərini tutublar, lazım olanı eləyiblər. Normal olan budur.

Əksinə də olub, amma ANS heç nəyə baxmayaraq öz işçisinin arxasında dayanıb, onu tək qoymayıb, həmçinin bəzən cəmiyyət istənilən ictimai fiqura hücum edəndə, onu qoruyub, arxasında dağ olub. ANS qorumağı bacarır.

- Ulvira xanım, gözəl danışırsınız, bir sual da verim, söhbətimiz yekunlaşsın.

- Buyur...

- Yəqin bilirsiniz ki, Nobel Sülh Mükafatı 17 yaşlı Pakistanlı qıza verildi.

- Hə, bilirəm...

- Bu mükafat Azərbaycanda hansı qadına verilsə ürəyinizcə olar? Məncə, elə sizə verilsə gözəl olar.

- Əsas odur ki, azərbaycanlıya verilsin, qalanı önəmli deyil...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Aparıcı Ülvira Qarayeva döyüldümü? - FOTO FAKT

    Aparıcı Ülvira Qarayeva döyüldümü? - FOTO FAKT ...

    3-11-2014, 22:19

  • 
  • “Xəstə olanda bircə şey keçdi könlümdən, “evlənmək” istədim”

    “Xəstə olanda bircə şey keçdi könlümdən, ...

    16-08-2014, 12:33

  • 
  • Azərbaycanlı teleaparıcı: "Saçım məni çox cazibədar və ehtiraslı göstərir"

    Azərbaycanlı teleaparıcı: "Saçım məni çox ...

    7-01-2015, 00:31

  • 
  • “Elə bərəkətli, elə şirindir ki” - Şəbnəm Həcinin pullarından ağızdolusu danışdı

    “Elə bərəkətli, elə şirindir ki” - Şəbnəm Həcinin ...

    30-01-2020, 15:50

  • 
  • Ulvira ANS-dən qovuldu

    Ulvira ANS-dən qovuldu ...

    25-07-2013, 12:12


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu