Tunisin təhlükəsizlik qüvvələri ilə qanunsuz silahlı qruplaşma arasında ölkənin Liviya ilə sərhədində yerləşən Ben-Qardan şəhərində baş verən atışma nəticəsində 10 nəfər ölüb.
gundemxeber.az report-a istinadən bildirir ki, bu haqda "France Press" məlumat yayıb. Məlumata görə, silahlı qarşıdurma bu gün səhər saatlarında başlayıb. Silahlılar hökumət qoşunları və milli qvardiyanın şəhər mərkəzindəki mövqelərinə hücum ediblər.
Silahlılar yerli hospitalın yaxınlığından təcili tibbi yardım maşınını qaçıraraq, gizləniblər. Hökumət əhaliyə evlərini tərk etməməyi məsləhət görüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?