Rusiyanın sualtı donanması son illərin ən böyük nüvə sınağını həyata keçirib.
gundemxeber.az lent.az-a istinadən bildirir ki, Şimali Koreyanın ardınca Rusiya da nüvə başlıqlı raketlərin sınağını keçirib.
Şimal Buzlu Okeanının Barens dənizi hissəsində mövqe tutmuş "Borey" növündən olan 170 metr uzunluqlu iki sualtı qayıqdan ümumilikdə 16 raket atılıb.
Rəsmi Moskva nüvə sınağının konkret nə vaxt həyata keçirildiyini və sualtı qayıqların hansı ərazidə dayandığını açıqlamayıb. Bununla yanaşı bəlli olub ki, 170 metr uzunluğu və 100 nəfərdən artıq personalı olan sualtı qayıqlar 2008 və 2012-ci il buraxılışından olanlardır. Sualtı qayıqlardan buraxılan raketlər isə "Bulawa (Streitaxt) SS-N-32" seriyasından olub.
Bu raketlər dənizin 65 metr dərinliyindən buraxıla bilər və 11,5 kilometr hündürlükdə, 10 min kilometr məsafədəki hədəfləri vura bilər.
Analitiklər Rusiyanın həyata keçirdiyi nüvə sınaqlarını ABŞ-ın Qərbi hərbi-siyasi alyansı ilə birgə dünyada apardığı hərbi-siyasi, eləcə də iqtisadi həmlələrinə cavab kimi dəyərləndirir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?