GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ABŞ nüvə raketlərini niyə Rusiyaya tuşlayıb...

ABŞ nüvə raketlərini niyə Rusiyaya tuşlayıb...

Tarix: 25-01-2014, 14:27 Bölmə :Dünya Baxış: 971
ABŞ nüvə raketlərini niyə Rusiyaya tuşlayıb...
“Sovet İttifaqı 20 ildən çoxdur dağılsa da Birləşmiş Ştatlar hələ də istənilən an Rusiyanı bir göz qırpımında Yer üzündən silmək üçün qitələrarası ballistik raketlərlə zərbə endirməyə hazırdır”.

Virtualaz.org saytının xəbərinə görə, bu barədə Amerikanın “The Week” nəşri yazıb. Nəşr qeyd edir ki, Amerikanın hər an starta hazır nüvə raketlərini ən kiçik problemi böhranlı vəziyyət kimi qəbul edən hərbçilər izləyir.



Məqalədə deyilir ki, Amerikanın döyüş hazırlığı vəziyyətində olan bütün qitələrarası ballistik raketləri ancaq Rusiyaya hücum üçün istifadə oluna bilər: “Raket şaxtaları və onların uçuş trayektoriyası elədir ki, Şərqi Asiyada və ya Yaxın Şərqdə hədəflərə zərbə endirmək üçün Amerika raketləri istənilən halda Rusiyanın üzərindən uçmalıdır”.

“The Week” qeyd edir ki, heç şübhəsiz, Rusiya üzərindən uçan Amerika nüvə raketləri bu ölkənin raketdən müdafiə sistemində həyəcan siqnalına səbəb olacaq və avtomatik olaraq cavab zərbəsi işə düşəcək: “Rusiya hazırda iri nüvə nəhəngi olsa da ABŞ prezidentini gecələr yatmağa qoymayan təkcə bu nüvə dövləti deyil. Rusiya ilə yanaşı Çin, Şimali Koreya və İran da Amerika üçün narahatlıq mənbəyidir. Birləşmiş Ştatlar gələcək təhdidlərə qarşı dayanmaq imkanında olmalıdır və bu zaman nüvə müharibəsindən çəkindirməyə imkan verən amilləri saxlamalıdır”.

Nəşrin yazdığına görə, Amerika artıq bu problemi həll edib. Bunlar nüvə raketləri daşıyan sualtı qayıqlar və B-2 strateji bombardmançılarıdır. Qitələrarası ballistik raketlərdən fərqli olaraq sualtı qayıqlarda konkret hansı vaxtda nüvə raketlərinin yerləşdirildiyi düşmənə məlum deyil.



“Beləliklə, sualtı qayıqlardakı nüvə raketləri əlçatmaz hədəflərdir və 100 faizli qarşılıqlı məhvetmə prinsipini ən yaxşı şəkildə təmin edə bilir. Nüvə müharibəsindən çəkindirən əsas amil məhz zərbə endirən tərəflərdən heç birinin qalib gəlməsinin qeyri-mümkünlüyünün yəqin olmasıdır” - deyə “The Week” yazır.

Məqalədə deyilir ki, nüvə raketləri ilə təchiz olunmuş sualtı qayıqların qitələrarası ballistik raketlərdən mühüm fərqi var. Ballistik raketləri həyəcan siqnalı daxil olandan dərhal sonra buraxmaq lazım gəlir. Əks halda hücum zamanı ilk növbədə həmin ballistik raketlər məhv edilə bilər. Və yalan həyəcan siqnalı zamanı cavab zərbəsinin endirilməsini dayandırmaq üçün olduqca az vaxt qalır.

“Hazırda Rusiya Amerikanın ballistik raketlərinin bazalarına zərbə endirmək gücündə olan yeganə ölkədir. Lakin indi “soyuq müharibə” başa çatdığı üçün Rusiyanın apokalipsis başlatmaq üçün səbəbləri yoxdur” - deyə nəşr qeyd edir.



Ekspertlər hesab edir ki, Amerika indiki sayda ballistik nüvə raketlərini saxlamalıdır. Çünki Amerikanın çoxsaylı ballistik nüvə raketlərinə malik olması digər ölkələri öz arsenallarını genişləndirməkdən çəkindirir. Hazırda ABŞ-da 4500-ə yaxın nüvə başlığı var, Rusiyanın nüvə başlıqlarının sayı da təxminən bu qədərdir. Çinin isə cəmi 300 nüvə başlığı var. Ona görə də ABŞ öz nüvə başlıqlarını üç dəfə ixtisar etsə belə Çin ona çata bilməz.

Digər tərəfdən, Amerikanın nüvə raketləri daşıyan strateji bombardmançıları və sualtı qayıqları olduğu halda qitələrarası ballistik raketləri saxlamağa ehtiyacı yoxdur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya nüvə müharibəsi ilə hədələdi, raketlər meşələrdən çıxarıldı - FOTOLAR

    Rusiya nüvə müharibəsi ilə hədələdi, raketlər ...

    6-02-2015, 23:10

  • 
  • Şimali Koreya nüvə silahlarını döyüş vəziyyətinə gətirdi

    Şimali Koreya nüvə silahlarını döyüş vəziyyətinə ...

    4-03-2016, 11:45

  • 
  • Rusiya rəsmən NATO ilə müharibəyə başlayır

    Rusiya rəsmən NATO ilə müharibəyə başlayır ...

    17-06-2015, 16:01

  • 
  • Rusiya İrana S-300 raketləri satmağa başladı

    Rusiya İrana S-300 raketləri satmağa başladı ...

    23-11-2015, 20:10

  • 
  • Rusiya Suriyada S-400 raketləri yerləşdirdi

    Rusiya Suriyada S-400 raketləri yerləşdirdi ...

    26-11-2015, 19:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu