GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şəhid adına hörmətsizlik xalqa xəyanətdir

Şəhid adına hörmətsizlik xalqa xəyanətdir

Tarix: 7-03-2016, 17:00 Bölmə :Ölkə Baxış: 0
Şəhid adına hörmətsizlik xalqa xəyanətdir

Bakıda şəhid Faiq Rzayevin adını daşıyan 150 nömrəli tam orta məktəb niyə ləğv olundu?

Şəhidlik ən uca zirvədir. Bu zirvəyə çatmaq hər adama nəsib olmur. Çünki şəhidlər Vətən yolunda, ərazi bütövlüyümüz uğrunda canlarını qurban verirlər. Ona görə də həyat durduqca şəhidlərimiz də yaşayır, onların adları əbədiləşdirilir. Bu gün istər Bakıda, istərsə də regionlarda məktəblər, uşaq bağçaları, səhiyyə təşkilatları, küçələr və mədəniyyət obyektləri Vətən yolunda canından keçmiş şəhidlərimizin adını daşıyır. Bakının Yasamal rayonundakı 150 nömrəli tam orta məktəb də Qarabağ döyüşlərində şəhid olmuş, bacarıqlı kəşfiyyatçı kimi ad qazanmış, Prezident İlham Əliyevin 2015-cil 8 mart tarixli sərəncamı ilə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunmuş Rzayev Faiq Hüseynağa oğlunun adını daşııyırdı... Bəs nə oldu?

Faiq Rzayev 150 nömrəlitam orta məktəbdə təhsil alıb. O, hərbi xidmətini cəbhə bölgəsində, müharibənin ən qaynar nöqtələrində keçirib. Cəbrayıl rayonu işğal olunan zaman həmin rayonun ərazisində kəşfiyyatda olan Faiq Rzayev döyüşçü dostları ilə birlikdə düşmənin mühasirəsinə düşür. Lakin təslim olmurlar. Son damla qanlarına qədər ermənilərlə vuruşur və düşmənin əsas qüvvələrini məhv edirlər. Sonda Faiq və bir neçə döyüşçü dostu qəhramancasına həlak olurlar. Hazırda onun məzarı İkinci Şəhidlər xiyabanındadır.

1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə şəhid Faiq Rzayevin adı əbədiləşdirildi və şəhidin məzunu olduğu 150 nömrəli məktəb onun adına verildi. Lakin... düz 20 il sonra 150 nömrəli tam orta məktəb ləğv edildi. Səbəbi isə çox gülməli və ikrah doğuran, insanlarda nifrət yaradan bir bəhanə: guya bu məktəbdə müəllimlərin sayı çox, şagirdlərin sayı isə azdır. İndi Təhsil Nazirliyindən və Bakı Təhsil İdarəsindən soruşmaq istərdik: Bu qədər müəllimin əmrini həmin məktəbə kim verib? Bəlkə Kənd Təsərrüfatı Nazirliyi, yoxsa Baytarlıq İdarəsi, bəlkə Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Deyəsən, Melorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti. Yox! Yox! Bir məktəbə ehtiyac olmadığı halda, bu qədər müəllimin yerləşdirilməsində Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsi məsuliyyət daşıyır. Kimlərinsə cibinə müftə pullar axıb, kimlərsə varlanıb və kimlərsə ŞƏHİD adına hörmətsizlik, saymamazlıq və mən deyərdim ki, xalqa, millətə, müstəqilliyimizə xəyanət edərək, öz maddi maraqlarını hər şeydən üstün tutub. Nəticəsi hamıya məlumdur: ŞƏHİDİN adına olan məktəb ləğv olunub və əvəzində Səbail rayonunda yerləşən 6 saylı liseyin filialı Yasamal rayonunda yaradılıb.

Şəhidin anası Rüxsarə Məmmədovanın döymdədiyi qapı qalmayıb. Özü də bir əlində ümummilli lider Heydər Əliyevin şəhidin adının əbədiləşdirilməsi haqında fərman, bir əlində isə Prezident İlham Əliyevin şəhidə “İgidliyə görə” medalının verilməsi barədə sərəncam. Bu işə məsul olan dövlət məmurları sanki bunların heç birini görmür və öz bildiklərini edirlər. Bunun bir adı var: MİLLƏTƏ, XALQA xəyanət! Hərbi vətənpərvərlik tərbiyəsini gözdən salmaq!

Yaxın vaxtlarda şəhid anasına deyiblər ki, Təhsil Nazirliyi 150 nömrəli tam məktəbin şəhid adını daşımasından xəbərsiz olub. Şəhidin anası müxtəlif inistasiyalara şikayət edəndən sonra Təhsil Nazirliyinin əməkdaşları sanki yuxudan oyanıb və ondan sonra biliblər ki, bu məktəb şəhidin adına imiş. Təhsil Nazirliyinin məslədən “vaxtında” xəbər tutması yadıma bir hadisəni saldı. Cavan bir oğlanı evləndirirlər. 3 aydan sonra həmin oğlan arvadını boşayır. Ondan soruşurlar ki, niyə arvadı boşadın. Oğlan da deyir ki, 3 aydan sonra mənə dedilər ki, bu qız deyilmiş.

İndi gördünüzmü təhsilimizin taleyi kimlərin əlindədir?

Hazırda şəhid Faiq Rzayevin büstü Təhsil Nazirliyinin qərarı ilə ləğv olunmuş 150 nömrəli tam orta məktəbin binası qarşısındadır. Şəhidin anası da bildirir ki, bu, mənə qarşı, şəhidə qarşı təhqirdir. Ləğv olunmuş məktəbin binası qarşısında şəhidin büstünün qalması formal bir şeydir.

Təhsil Nazirliyinin Xaqani adlı işçisi şəhidin anasına kinayə ilə deyib ki, niyə narahat olursan, heykəli burdan götürüb başqa bir yekə binanın qabağına qoyarlar.

Buyurun, bu da Təhsil Nazirliyinin əməkdaşının səviyyəsi, dünyagörüşü və ŞƏHİDƏ verdiyi qiymət?! Bu adam hələ dərk edə bilmir ki, Şəhidlik ən uca zirvədir. Bu zirvəyə çatmaq hər adama nəsib olmur. Çünki şəhidlər Vətən yolunda, ərazi bütövlüyümüz uğrunda canlarını qurban verirlər.

Ölkəmizin müharıbə şəraitində olduğu bir vaxtda hansısa dövlət məmurunun öz maddi maraqları naminə Qarabağ döyüşlərində şəhid olmuş, Prezidentin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuş şəhid Faiq Rzayevin adını daşıyan 150 nömrəli tam orta məktəbi ləğv etməsi gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməsinə çox pis təsir edəcək. Axı, Faiq Rzayev canını Vətənimizin müdafiəsi, müstəqilliyimizin əbədiliyi, ərazi bütövlüyümüzün təmin olunması yolunda qurban verib. Şəhidə qarşı belə hörmətsizlik edənlər xalq düşmənlərindən, Vətənə xəyanət edənlərdən də qorxuncdur.

Rüstəm Rüstəmzadə

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şəhid adına hörmətsizlik xalqa xəyanətdir

    Şəhid adına hörmətsizlik xalqa xəyanətdir ...

    3-03-2016, 23:58

  • 
  • Cocuq Mərcanlının ilk şəhidinin anasını niyə işdən azad ediblər?

    Cocuq Mərcanlının ilk şəhidinin anasını niyə ...

    26-07-2017, 21:03

  • 
  • Üç şəhid anası Azərbaycan vətəndaşlığına qəbul edildi

    Üç şəhid anası Azərbaycan vətəndaşlığına qəbul ...

    30-12-2020, 12:09

  • 
  • ​Bakıda şagirdi pula görə məktəbdən qovdular? - İDDİA

    ​Bakıda şagirdi pula görə məktəbdən qovdular? - ...

    14-02-2019, 15:25

  • 
  • Bakıda məktəb yanır, şagird və müəllimlər təxliyyə olunub

    Bakıda məktəb yanır, şagird və müəllimlər ...

    6-11-2014, 22:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu