GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Terrazini” ləqəbli vəkilin qəlyanaltı davası

“Terrazini” ləqəbli vəkilin qəlyanaltı davası

Tarix: 7-03-2016, 18:04 Bölmə :Ölkə Baxış: 0
“Terrazini” ləqəbli vəkilin qəlyanaltı davası

Son aylar Azərbaycan kütləvi informasiya vasitələrinin əsas başlıqlarını Ramiz Zeynalov adlı bir vəkilin çıxışları və müsahibələri zəbt edib. Düşünürsünüzsə ki, bu «xalq vəkilinin» səs-küylü çıxışları hansısa məhkəmə işlərinə və hüquqları pozulmuş insanların müdafiəsinə həsr olunub, çox yanılırsınız. Vəkil «həqiqət carçısı» obrazında çıxış edir. Son illər Azərbaycanda tam bir vəkil zümrəsi meydana gəlib və bu zümrənin üzvlərinin başı ictimai fəaliyyətdən açılmır ki, özlərinin əsl peşələrinə — məhkəmə zallarında ixtisaslı hüquqi yardıma vaxt ayıra bilsinlər.
Vəkil peşəsi qədim peşədir. Ramiz Zeynalovun portretini öyrəndikcə, əminliklə demək olar ki, ikinci ən qədim peşədir!
Vəkillər və ölkənin geniş ictimaiyyəti arasında külək dəyirmanları ilə mübarizə aparan Don Kixotu, daha doğrusu, onun silahdaşıyanı Sanço Pansonu xatırladan Ramiz Zeynalov «Terrazini» ləqəbi ilə tanınır.
Yəqin çoxları artıq unudub ki, gənc türkçü və dissident Elçibəyin qızğın tərəfdarı olan, hüquq fakültəsinin məzunu Ramiz Zeynalovun karyerası 80-ci illərin sonlarında — 90-cı illərin əvvəllərində başlayıb. Elə o vaxtdan Bakının birinci vəkillərindən olan Ramiz Zeynalov “Terrazini” ləqəbini daşıyır, başqa sözlə, yalnız bir çox cinayətkarların maraqlarını qorumur, həm də onlarla bir kriminal şəbəkəyə daxil olur. Elə həmin dövrdə sovet televiziyasında «Sprut» adlı İtaliya teleserialı çox böyük populyarlıq qazanmışdı. İtaliya polisinin qorxmaz və cürətli komissarı Katani ilə korrupsiyaya uğramış və cinayətkar vəkil Terrazini rəqabət aparırdı. Bəs nəyə görə bakılılarda Ramiz Zeynalovun surəti kriminal Terrazini ilə analogiya doğurub?
1995-ci ildə hüquq-mühafizə orqanları xüsusi əməliyyat keçirir və vəkil Terrazinini həbs edirlər. Lakin kimsə bir il sonra R.Zeynalova qaçılmaz cəzadan qurtulmağa kömək edir. Azad olduqdan sonra vəkil özünün yeni siyasi baxışlarını bəyan edir. O artıq sabiq baş prokuror Eldar Həsənovun və keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun adamıdır.
Ramiz Zeynalov vəkil Terrazini keçmişini unutmaq istəyir və istintaqla əməkdaşlıq edən sovet vəkilləri zümrəsinə daxil olur. Məhz R.Zeynalov vəkil peşəsi üçün utanc yeri sayılan, lakin sonradan ölkənin bir çox vəkillərinin ideologiyasına çevrilmiş istintaqla əməkdaşlıq missiyasının bünövrəsini qoyur. Sanki müdafiə etdiyi adamlara işləyir, əslində isə müştərilərini istintaqa təslim edir. Eyni zamanda, fürsətdən istifadə edərək, müştərisinin işini həll etməyə girişmiş vəkil R.Zeynalova sonuncu əmlakını da qurban verməyə məcbur olan müttəhimləri soyub-talayır.
Daşınmaz əmlakı — mənzil və bağ evlərini, ofis və dəyərli əşyaları R.Zeynalov istintaqla bölüşdürür. Yüzlərlə aldadılmış və atılmış insan Zeynalovun bu missiyasının qurbanına çevrilir. Vəkilin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə yaxınlığını bilərək onunla müqavilə bağlamağa can atan müttəhimlər ağıllarına belə gətirmirlər ki, R.Zeynalov xüsusi əməliyyata — müştərisini son qəpiyinə qədər soymağa hazırlaşır.
Eldar Həsənov və Namiq Abbasov vəzifədən gedənə kimi vəkil bu cür fəaliyyət göstərir. 2002-ci ildə o, arxasını itirir. Elə bu dövrdə ölkədə böyük siyasi dəyişikliklər başlayır. R.Zeynalov anın hökmünü hiss edir — poqonları dəyişmək və müxalifətə keçmək zamanıdır. Ölkədə barıt qoxusu hiss olunur — deyəsən inqilab yaxınlaşır. 2003-cü ildə R.Zeynalov yenidən müxalifət düşərgəsinə keçir və bir neçə il əvvəl hədsiz sitayiş etdiyi hakimiyyətlə mübarizəyə başlayır.

2003-cü il R.Zeynalov müxalifət mitinqlərinin ön sıralarındadır — iqtidarın istefasını və Müsavat partiyasının hakimiyyətə gəlməsini tələb edir. Lakin tezliklə hər şey yenidən dəyişir. Müxalifətin siyasi iflası Ramiz Zeynalovun planlarına dəyişikliklər edir. Və o, yenidən hakimiyyətin tərəfindədir, daha dəqiq desək, istintaqın etimadını qazanmağa çalışır ki, bir daha iblisin vəkili ştatını qazana bilsin. Ramiz Zeynalovun ən səs-küylü işi qəzəbə düçar olmuş oliqarx Hüseyn Abdullayevin müdafiəsidir. 2007-ci ilin yazında həbs olunmuş H.Abdullayev valideynlərinin vəkillə müqavilə bağlamasından cəmi iki həftə sonra R.Zeynalovun xidmətlərindən imtina edir. Bayıl təcridxanasından deputat H.Abdullayev səsi yetdiyi qədər deyir: «O, məni satır».
İstintaqa xidmət edən və öz müştərilərini satan R.Zeynalov güman edir ki, əmlak ələ keçirmək və dələduzluq üçün əlinə yeni fürsət düşüb. Fəqət bu dəfə R.Zeynalova heç kəs kömək etmədi. Və 2009-cu ildə R.Zeynalov dələduzluq maddəsi ilə ittiham olundu və həbs edildi. Yenidən çirkli işlər, yenidən kriminal, yenidən özgə əmlakını ələ keçirtmək cəhdi. R.Zeynalov «Əhmədov və Ko.» şirkətinin səs-küylü işi ilə dələduzluq əlaqələrinə görə ittiham edilir.
İki ildən artıq müddətdə məhbus həyatı yaşamış R.Zeynalov yenidən azadlığa çıxa bilir. Güman edirsinizsə ki, bu dəfə vəkil “Terrazi”ni təmizlənib və özünün çirkin həyatını təmiz ağ vərəqdən başlamaq niyyətindədir, yenə də yanılırsınız. R.Zeynalovun adı inanılmaz dərəcədə çirkin işlərdən sayılan, ictimaiyyəti özünün video-kompromatları ilə şoka salan Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin işində hallanır. Lakin bu dəfə R.Zeynalov çirkab atmaqda ustalaşmış E.Abdullayevə rəqib kimi göstərilir. Bir çirkabı başqa bir çirkabla qarşı-qarşıya qoyurlar. E.Abdullayev məmurları və MTN-in keçmiş rəhbərliyini ifşa edir, R.Zeynalov isə, öz novbəsində, E.Abdullayevin ifşası ilə məşğul olur ki, istintaqın qanadı altında isti yerlərdən birini ələ keçirsin.
Həbsxana və itirilmiş illər çox pul aparıb, müştərilərdən qopardığı bir çox əmlak R.Zeynalovun əlindən çıxıb. Lakin bu dəfə, deyəsən, bir şey alılnmadı. Vəkil Abşeronun ucqarına — Buzovna qəsəbəsinə gedib çıxıb. İndi o, Bakıdakı hansısa qəlyanaltı uğrunda müharibə aparır... Başqa bir şeyi qalmayıb. Yenidən həqiqətə üz tutmaq lazımdır!..
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ramiz Zeynalov vəzifədən azad olundu

    Ramiz Zeynalov vəzifədən azad olundu ...

    2-12-2020, 10:06

  • 
  • Ramiz Zeynalov yola salınır - ONU BU ŞƏXS ƏVƏZ EDƏCƏK

    Ramiz Zeynalov yola salınır - ONU BU ŞƏXS ƏVƏZ ...

    28-06-2019, 11:13

  • 
  • Vəkil Elçin Namazov həbs olunub

    Vəkil Elçin Namazov həbs olunub ...

    26-11-2014, 01:43

  • 
  • Məhkəmə vəkilin şikayətini icraata götürməyib

    Məhkəmə vəkilin şikayətini icraata götürməyib ...

    28-04-2018, 13:55

  • 
  • Əli İnsanovun Ramiz Rzayevə qarşı iddiası məhkəməyə çıxarılır

    Əli İnsanovun Ramiz Rzayevə qarşı iddiası ...

    13-09-2013, 11:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu