Dünən Neftçala rayonunda 11 yaşlı qızın özünü asaraq intihar etməsi ilə bağlı cinayət işi açılıb.
gundemxeber.az lent.az-a istinadən bildirir ki, Mayak kənd sakini, 2005-ci il təvəllüdü Kazımova Xədicə Rüstəm qızının intiharı ilə bağlı araşdırmalar davam etdirilir.
Bildirilir ki, X.Kazımova orta məktəbin 5-ci sinfində oxuyurmuş. Valideynləri onun intiharına heç bir səbəbin olmadığını bildiriblər.
X.Kazımovanın ipdən asılı vəziyyətdə qalmış meyidini yaxınları həyətdəki toyuq hinindən tapıblar.
Sorğu
Yeni dizaynımız necədir?