Prezident yanında Əfv Məsələləri Komissiyası növbəti əfvə qədər iclaslarını yekunlaşdırıb.
Komissiyanın üzvü Əliməmməd Nuriyev “Report”-a deyib ki, martın 9-da keçirilən sonuncu iclasda müraciətlərə yekun baxış keçirilib:
"Ümumilikdə 400-dən artıq müraciətə baxıldı, tövsiyə xarakterli qərarlar qəbul olundu" - deyən Ə. Nuriyev komissiyanın qərarlarının yaxın müddətdə prezidentə təqdim olunacağını bildirib.
Komissiya üzvü qərarların mahiyyəti barədə danışmayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?