İmişli Rayon Polis İdarəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gecə İmişli-Saatlı avtomobil yolunun Qaralar kəndindən keçən hissəsində qeydə alınıb.
İmişli rayon Qaralar kənd sakini, 22 yaşlı Eldəniz Xammədov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Qəza zamanı avtomobil yoldan çıxaraq 150 metr kənara yuvarlanıb. Nəticədə sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Qaralar kənd sakini Elşən Əmənov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı İmişli polisi tərəfindən araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?